Jan-İv Le Drian | |
---|---|
fr. Jean-Yves Le Drian | |
Avropa Xarici İşlər naziri | |
16 may 2012-ci il – 11 may 2017-ci il | |
Əvvəlki | Jean Marc Ayrault |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Fransa |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, tarixçi |
Atası | Jan Le Drian |
Anası | Luziett Deryen |
Həyat yoldaşı | Mariya Vadilo |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Jan-İv Le Drian (fr. Jean-Yves Le Drian; 30 iyun 1947[2][3][…], Loryan[2][3]) — Fransa dövlət xadimi və siyasətçisi. 16 may 2012-ci ildən 17 may 2017-ci ilə qədər Jean-Marc Heroult, Manuel Vals, Bernard Kaznevin ofislərində Fransa Müdafiə naziri, 17 may 2017-ci ildən etibarən Eduard Flippinin ofisində, Fransanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri vəzifəsində çalışmışdır.
Jan-İv Le Drian 1973-cü ildə universiteti bitirmişdir.
1977-ci ildən 2004-cü ilədək Loriyana şəhərinin bələdiyyə müşaviri (Morbian şöbəsi);
1978-ci ildən 1991-ci ilədək və 1997-ci ildən 2007-ci ilə qədər isə Morbihan şəhərində Fransa Milli Məclisinin deputatı olmuşdur;
1981–1998-ci illərdə Loriyana meri (Morbian şöbəsi) vəzifəsində çalışmışdır;
1983–2004-cü illərdə Loriyana aqlomerasiya icmasında üzv olmuşdur;
1991-ci ildən 1992-ci ilədək Dəniz İşləri üzrə Dövlət Katibi, Fransanın Mənzil və Nəqliyyat naziri olmuşdur;
1993-cü ildə Fransanın Təhsil fəxri ümumi müffətişi, 1994–2004-cü illərdə Biritaniyanın regonial müşaviri vəzifəsində çalışmışdır;[4]
2004–2012-ci və 2015–2017-ci illərdə Britaniyanın Regonial Şurasının sədri;[5]
2005-ci ildə isə Regonlar Komitəsinin Fransız heyətinin sədr müavini təyin olundu, bu komitənin Bürosuna üzv oldu;
2010-cu ildə Avropanın Periferik Dəniz Bölgələrinin (CPMR) Konfransının prezidenti seçilmişdir;[6]
16 may 2012-ci il və 17 may 2017-ci ildə Fransa Müdafiə naziri;
2017-ci ildə prezident seçkilərinin ilk turunda Emmanuel Makronun namizədliyini dəstəkləyib;[7]
17 may 2017-ci ildən etibarən Eduard Flippinin ofisində Fransa Xarici İşlər və Beynəlxalq Əmakdaşdlıq naziri vəzifəsində.
2017-ci ildə Fransa Sosialist Partiyasının və Fransa Böyük Şərqinin üzvü olmuşdur.[8]
2021-ci ilin noyabrında "Le Monde" qəzetinə verdiyi müsahibədə Jan-İv Le Drian barmağını Çin və Rusiyaya işarə edərək, Afrika ölkələrini ağırlaşdıran iqtisadi yırtıcılıqdan narahatlığını ifadə etdi. Avropalılar nəyin bahasına olursa-olsun Afrika qitəsi ilə münasibətlərini yenidən qurmalı olan Jean-Yves Le Drian, "Rəqiblərimizin heç bir tabu və ya məhdudiyyəti yoxdur" dedi.