Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Jan Pol Marat | |
---|---|
fr. Jean-Paul Marat | |
Doğum tarixi | |
Doğum yeri | Budri, İsveçrə |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vəfat səbəbi | qətl |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, jurnalist, həkim |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Jan Pol Marat (fr. Jean-Paul Marat; 24 may 1743[1][2][…] – 13 iyul 1793[1][2][…], Paris) — siyasətçi, tibb doktoru, alim.
24 may 1743-cü ildə İsveçrənin Boundri qəsəbəsində anadan olmuşdur. Onu tarixdə daha çox demokratik Yakobinçilər qrupunun 3 fəalından (Robespyer, Danton və Marat) biri kimi və Fransız İnqilabında Montaqnard fraksiyasının lideri olaraq tanıyırıq, halbuki o terapevt və jurnalist idi. 1780-də "Cinayət Qanunvericilik Planı" (Plan de législation criminelle) əsərində o, köhnə rejimlərə (Fransız İnqilabından əvvəlki rejim) qarşı çıxaraq Jan-Jak Russo və Monteskyö kimi qərarlı olduğunu göstərirdi.
Marat Fransız İnqilabının başlarında "Vətənimə Olan Təkliflərim" (Offrande à la patrie) broşürsında monarxiyanın Fransada olan problemləri həll edə biləcəyinə inandığını deyirdi. Bir neçə ay sonra broşürə əlavə nəşr edərək, kralın başlıca olaraq özünün maliyyə ilə bağlı problemlərini düşündüyünü və xalqının ehtiyaclarını yaddan çıxardığını qeyd edirdi. Həmçinin, Britaniyada olan dövlət sisteminin Fransaya model göstərənləri də tənqid edirdi.
Marat "Xalqın dostu" (L’Ami du Peuple) qəzeti vasitəsilə demokratik və radikal ölçülərin alınmasını dəstəkləyən nüfuzlu şəxsiyyətə çevrildi. Xüsusilə, 1789-un oktyabr da xalq kütlələrinin kralın ailəsini Versaliya sarayından Parisə zorla gətirtməsində əsas rol oynamışdı. O, Fransız inqilabına qarşı olan əsilzadələrə qabaqlayıcı tədbir alınması istəyirdi.
Jan Paul Marat 1790-cı illərin başlarında İngiltərədə üç aylıq mühacirət həyatı yaşamışdır, çünki o, yazısında Fransa kralının maliyyə müşavirini hədələyərək hədəf göstərirdi. Artıq onun şöhrəti onu kifayət qədər qoruyurdu və artıq öz fikirlərini açıq yazmağa davam edə bilərdi.
Fransanın xaricində mühacirətdə olan əsilzadələrin Avropa monarxlarının köməyi ilə Fransız İnqilabını qarşısını almaq istədiklərini və XVI Ludovik (XVI Louis) tam gücünün bərpa etmək istədiklərini iddia edirdi.
1790-cı ildə Marat qəzetində belə yazırdı: "Kəsilmiş 500–600 baş xalqın azadlığı, xoşbəxtliyi və güvənliyinin olmasına zəmanət olardı. Saxta insanlıq sizə silahlarından keçirib zərbə vuracaq və nəhayətində milyonlarla qardaşımızın həyatlarını itirməsinə gətirib çıxardacaqdır". Fransa Milli Məclisi onun bu yanaşmasına bir aylıq həbs cəzası vermişdir, amma o qaçıb gizlənərək kampaniyasına davam edirdi.
Kralın Fransadan qaçmaq cəhdlərindən sonra Jan Pol Marat monarxiyanın tərk edilməsini gərəkdiyini düşünməyə başladı. O, deyirdi ki, kral taxta yenidən quraşdırmaq üçün ləyaqətsizdir, həmçinin, zorakılıqla kralı taxtan endirməkdən imtina edən Fransa Milli Məclisini (Baş Ştatlar) pisləyirdi.
sentyabr 1792-ci ilin Milli Konvensiyanın bir nümayəndəsi kimi, Marat peşə təliminin maliyyələşməsi, qısa-müddətli hərbi xidmət və gəlir vergisiylə əlaqədar islahatlar aparılmasın istəyirdi. Əks-inqilabçıları edamla cəzalandırmağı dəstəkləyirdi və əks-inqilabçılıqla şübhələnilənlərə qarşı olan kütləvi qırğınların bu fikirlə birbaşa əlaqəsi olduğunu qəbul etmirdi.
Paris xalqın və palatasının dəstəyini alaraq Milli Konvensiyada görkəmli üzvə çevrildi. Jirondistlərə (Girondin) qarşı olan ixtilaf onu Montaqnardın simvoluna çevirdi, lakin Montaqlar idarəsi onu təsir edəcək hər hansı vəzifə verməmişdi. Jirondistlər inqilab məhkəməsi olmadan onu hadisələrlə ittiham edirdi. Maratın ona qarşı olan ittihamlardan bəraət etməsi onu karyerasında zirvəyə çıxardı və Jirondistlərin zəifləməsinə səbəb oldu.
1793-cü il 23 iyulda Marat dəri xəstəliyinə görə vanna qəbul edərkən gənc Jirondist tərəfdarı olan Şarlot Korda (Charlot Corday) tərəfindən sui-qəsdə qurban oldu. Maratın dramatik qətli onu xalqın gözündə şəhid zirvəsinə yüksəltdi.[3]