Joao Avelanj | |
---|---|
port. João Havelange | |
Doğum tarixi | |
Doğum yeri | Rio-de-Janeyro, Braziliya |
Vəfat tarixi | (100 yaşında) |
Vəfat yeri | Rio-de-Janeyro, Braziliya |
Dəfn yeri | |
Fəaliyyəti | FİFA-nın VII prezidenti |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Joao Avelanj (pt. João Havelange; 8 may 1916[1][2][…], Rio-de-Janeyro[3][4] – 16 avqust 2016[5][6][…], Rio-de-Janeyro) — 1974–1998-ci illərdə FİFA prezidenti.
1974-cü ildə dünya futbolunun tarixində gözlənilməz hadisə baş verdi. FİFA prezidenti Avropadan yox, Cənubi Amerikadan seçildi. Avelajın seçilməsi futbolun inkişafını daha da sürətləndirdi. O, dünya çempionatının reqlamentində bəzi dəyişikliklər etdi. İştirakçıların sayı 16-dan 24-ə çatdırıldı. Avelaj həmçinin gənclər arasında ilk dəfə dünya çempionatını təşkil etdi. O, futbolun qadınlar arasında təbliğatına da böyük yer ayırırdı. Abelajın rəhbərliyi altında ilk dəfə qadınlar arasında dünya çempionatı təşkil olundu.