Jog | |
---|---|
kann. ಜೋಗ ಜಲಪಾತ | |
| |
Ümumi məlumatlar | |
Hündürlüyü | 253 m |
Eni | 472 m |
Su sərfi | 153 m³/s |
Çay | Şaravati |
Yerləşməsi | |
14°13′ şm. e. 74°48′ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Region |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Jog (Gersoppa) — Hindistanda şəlalə. Şəlalə Hindistan yarımadasının qərbində ki Qərbi Qat dağlarında yerləşir. Jog Şaravati çayının mənsəbin yaxınlığındadır (40 km). Şəlalə Karnataka ştatının görməli yerlərindən biri hesab edilir.
O dörd hissədən ibarətdir. Şəlalənin ümumi eni 472 metrdir. Hündürlüyünə görə ölkədə ikinci (Nohkalikai şəlaləsindən sonra), dünyada isə 120-ci yerdədir.[1] Digər şəlalələrdə fərqli olarq su kəskin olaraq yerə tökülür. Jog Şaravatı çayında yerləşir və hər dörd hissənin öz adı var. Adlar axınların xarakterinə görə verilib. Birinci hissə Radja adlanır. Yavaş tökülür. İkincisi çox sürrətlə tökülür və dibdə böyük daş yığımı yaradıb. O üzdən çox gurultu yaradır. Axımın adı Gorlopandır. Üçüncü hissənin adı Raketdir. O yüksək sürrətlə ensiz qayalar arasında axır. Sonuncu axım isə Rani (Şahzadə) adlanır. Suyun axımı san ki, rəqs edən qadının hərəkətlərini xatırladır.[2]
Turistlərə şəlalənin gücünü və gözəlliyini görmək heç də il boyu mümkün olmur. Məhs 1949-cu ildə çay üzərində ölkənin ən güclü elektrik stansiyası (120 МВт) tikilmiş və nəticədə şəlalə ilin çox vaxtı zəif su şırnağından ibarət olur.[3] Çay üzərində tikilmiş bənd suyun qarşısını kəsir və ancaq turistlər üçün bazar günləri açılır. 2007-ci ilin yağışlı mövzüm zamanı su anbarında suyun səviyyəsi artmış və bənd üçün təhlükəli durum yaranmış. O üzdən bənddən suyu axıtmışlar. Bu mənzərəni müşahidə edənlərin sözlərinə görə Jog şəlaləsi heç vaxt belə möhtəşəm görünməmişdir. Ümumən şəlaləni ziyarət etmək istəyənlərə məsləhətdir ki, avqust - dekabr ayları arası səyahət etsinlər. Musson mövsümü olduğundan suyun səviyyəsi yüksək olur. Şəlaləni seyr etmək turistlər üçün əlverişli olsun deyə qarşı tərəfdən 1400 addımlıq pilləkən yol inşa olunmuşdur. Pilləkənlər təpənin ətəyindən zirvəyə qədər qalxır..
Jog - Kannada dilində düşən, tökülən mənasını daşıyır. Bundan başqa ehtimal olunur ki, Jog kannada dilində olan javugu sözündən meydana gəlib (bataqlıq, yaş)
Ən yaxın dəmiryol stansiyası: Talaquppa (13 km), Sagara (30 km), Hooavar (68 km) və Bhatkal (90 km)dır. Yaxın avtobus dayanacağı isə Sagara, Siddapura və Jogfallsdur. Bölgəyə yaxın daxili və beynəlxalq aeroportlardan Xubli (HBX; daxili - 130 km), Beqaluru (BLR; beynəlxalq - 340 km) və Goa (GOI; beynəlxalq - 200 km ) aeroportlarını misal göstərmək olar.
Dünya üzrə tanınmış hindistanlı alpinist Cioti Raj əli yalın Jog şəlaləsi qayasına qalxmışdır.[4]