Joy Division | |
---|---|
Joy Division | |
Əsas məlumatlar | |
Üslub | Post-punk |
Fəaliyyət illəri | 1976 - 1980-cı illər arası |
Ölkə | İngiltərə |
Şəhər | Salford |
Digər adı | Warsaw |
Dil | İngilis |
Leybl | Factory Records |
Heyət |
Yan Körtis Bernard Samner Piter Huk Stiven Moris |
Əlaqəli layihələr | New Order |
Vikianbarda əlaqəli mediafayllar |
Joy Division 1975-ci ildə Salford şəhərində yaradılan ingilis rok qrupudur. İlk əvvəl "Warsaw" adlandırılan bu qrup ifaçı Yan Körtis, gitarist Bernard Samner, bassist Piter Huk və barabançı Stiven Moris tərəfindən təşkil olunmuşdur.
Uşaqlıq dostları Samner və Huk tərəfindən "Sex Pistols" konsertindən sonra yaradılan "Joy Division" qrupu öz pank kökünü aşıb post-punk hərəkatının aparıcılarından oldu. Onların hazırladığı birinci çıxış EP albomu "An Ideal for Living" Mançester televiziyasının və şəxsən Toni Vilsonun diqqətini çəkdi. Onların seçdiyi alman adı qrupun siyasi düşüncələri haqqında spekülyasiyalara və tənqidlərə yol açdı və bu qrupun adını dəyişməsindən sonra da dəyişmədi. "Joy Division"-ın debüt albomu 1979-cu ildə Vilsonun müstəqil leybl şirkəti Factory Records da çıxarıldı. Martin Hannetin köməyi ilə bu albom Britaniya musiqi mətbuatında ciddi uğur əldə etdi.
Bu uğurlara baxmayaraq, Körtis ağır depressiyadan, epilepsiya və boşanma kimi şəxsi problemlərdən əziyyət çəkirdi. Xüsusi olaraq o canlı ifa zamanı əziyyət çəkirdi və sudurğa tuturdu. 1980-ci ilin mayında, qrupun Amerika qastrolu zamanı Körtis 23 yaşında intihar etdi. Bu hadisədən 2 ay sonra qrupun yeni albomu Closer çıxarıldı və bu albumdakı Love Will Tear Us Apart sinqlı qrupun musiqi çartlarındakı ən uğurlu mahnısı oldu. Yan Körtisin ölümündən sonra qrup üzvləri New Order adında yeni bir qrup qurub ciddi və kommersial uğur əldə etdilər. Bu gün "Joy Division" 1970-ci illərin ən uğurlu musiqi qruplarından hesab olunur.
1976-cı il iyulun 20-si uşaqlıq dostları Huk və Samner ayrı-ayrılıqda Mançester Azad Ticarət zalındakı "Sex Pistols" konsertinə gəlmişdi.Sabahısı gün Huk anasından özünün ilk bass gitarını almaq üçün 35$ pul aldı.[1] Samner daha sonra bu haqda "Sex Pistols" qrupunun pop ulduzu olub,hər hansısa ibadət olunacaq ilahi mifini dağıtdığını hiss etdiyini dedi.Həmin çıxışdan ilhamlanan Samner və Huk konsertə qatılan daha bir dostu Teri Meysonla yeni qrup qurdu.Samner gitar, Meyson isə baraban dəsti aldı.Onlar öz məktəb yoldaşı Martin Qresti vokalçı olaraq dəvət etsələr də, Martin yerli zavodların birində iş tapdığına görə bu təklifi qəbul etmədi.Mançesterdəki "Virgin Records" mağazasında bu haqda elan yerləşdirildi.Onları əvvəlki konsertlərdən də tanıyan Yan Körtis bu elana cavab verdi. Körtis özləri kimi işçi təbəqəsinin təmsilçisi idi, bir il yarım idi ki evli idi və zavodda işləyirdi.
1977-ci ilin ilk ayları Stenford pablarının birində mahnı yazmağa və çoxlu məşq etməyə getdi. Qrup üzvləri İggi Pop, Devid Boui, The Velvet Underground, Kraftverk kimi kollektivlərin vinillərinə qulaq asaraq öyrənirdilər. O çağ Meyson da arada gəlib onlarla məşq edib barabanları öyrənmək istəyirdi. Biraz özgüvənlərini artırandan sonra, qrup çıxış etmək üçün yer axtarmağa başladı. Lakin nə daimi barabançıları nə də ki heç adları belə yox idi. Buna baxmayaraq 1977-ci ilin 29 may günü "Buzzcocks" qrupu ilə Mançesterin «Electric Circus» klubunda çıxış etmək imkanı yarandı. Konsertə bir gün qalmış Toni Tabak adlı barabançı tapıldı, Meyson isə, barabanlarda ifa etməyi öyrənə bilmədiyinə görə, qrupun "meneceri" vəzifəsini tutdu. Bazkoksun vokalçısı Piter Şelli Samner, Körtis, Huk qrupunun adını, konsertdə təqdim etmək üçün, Stiff Kittens («zırlanmış mavrılar»; qrup rəsmi olaraq heç çağ belə adlandırılmayıb) qoydu. Konsertdə çıxış edən çoxlu kollektiv arasında qrup demək olar ki heç kimi cəlb eləmədi. İlk içtimai çıxışları onları özlərinə ad seçməyə vadar etdi. Qərar aldılar ki Devid Bouinin «Warszawa» adlı mahnısını qrupun adı kimi götürsünlər. Beləliklə Warsaw qrupu yarandı.
Yerli pablarda biraz çıxış edəndən sonra Tabak qrupu tərk etdi. Onun yerini Stiv Brazerdeyl tutdu, hansı ki çox qalmadı. Stiven gəndən sonra qəzetlərin birinə elan yerləşdirildi və bunu görən 19 yaşlı Stiven Morris qrupun üzvü oldu. Morrisin gəlişi ilə qrup tamamlandı.
1977-ci ilin iyulun 18-i Warsaw Oldemdəki studiyaya getdi və orada ilk demolarını yazdı. Yazılan ilk 5 mahnı sadə bağıran pank idi və qrupun gələcək fəaliyyətinə heç bənzəmirdi. «Qrupun ilk məşqləri avtomobil qəzasına oxşayırdı, səs küyə görə Yanın görkəmli ifaçı olduğunu uzun müddət dərk edə bilmirdim» gələcəkdə Huk yadına salacaq.
1978-ci il qrup üçün çox önəmli oldu. Onlar özlərinə menecer tapdı, TV də ilk çıxışlarını etdilər, ilk vinilləri staışa çıxarıldı və nəhayət öz leybllarını yaratdı.