Xose Eduardo dos Santos | |
---|---|
port. José Eduardo dos Santos | |
| |
Anqola Prezidenti[d] | |
21 sentyabr 1979 – 26 sentyabr 2017 | |
Sonrakı | Juan Lorensu |
Anqolanın xarici işlər naziri[d] | |
11 noyabr 1975 – 10 dekabr 1977 | |
Şəxsi məlumatlar | |
Doğum adı | José Eduardo Van Dunen |
Doğum tarixi | 28 avqust 1942[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyul 2022[3] (79 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, mühəndis |
Uşağı | İzabel Duş Santuş |
Dini | katolisizm |
Rütbəsi | Ordu generalı |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Joze Eduardu duş Santuş (port. José Eduardo dos Santos; 28 avqust 1942[1][2][…], Luanda, Portuqaliya Qərbi Afrikası[d] – 8 iyul 2022[3], Barselona) — Anqolanın ikinci prezidenti (1979–2017).
Eduardu San-Tome və Prinsipidən olan fəhlə-inşaatçı ailəsində doğulub. 1954-cü ildə hələ məktəb vaxtlarında, Xose Eduardo MPLA partiyasına üzv olmaqla öz siyasi karyerasına qədəm qoyur. 1961-ci ildə müstəmləkə hökumətinin repressiyaları nəticəsində o könüllü şəkildə sürgünü Fransada keçirir, daha sonra isə Konqoya köçür və burada MPLA ilə əməkdaşlıq etməyə başlayır. Tezliklə dos Santos prezident müavini vəzifəsini icra etməyə başlayır və təhsilini davam etmək üçün SSRİ-yə yollanır. Burada o Azərbaycan Neft və Kimya İnstitutunu bitirir.[4][5]
1979-cu ildə Anqolanın ilk prezidenti Aqostinyo Netonun vəfatından sonra bu vəzifəyə seçilən Xose Eduardo 2017-ci ilədək 38 il Anqola Prezidenti vəzifəsini icra etmişdir. Ölkənin ikinci prezidenti 1992-ci və 2001-ci illərdə keçirilən seçkilərdə də qalib gəlib. Sonuncu seçkilərdən sonra bir daha namizədliyini irəli sürməyib[6].