Juniperus semiglobosa

Juniperus semiglobosa
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Juniperus semiglobosa

Juniperus semiglobosa (lat. Juniperus semiglobosa) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.

Orta Asiya dağlarında, Pamir-Altay dağlıq sahəsində, Qərbi və Mərkəzi Tyan-Şanda yayılmışdır. Hündürlüyü 15 m-ə qədər olan ağacdır. Dəniz səviyyəsindən 1500–3000 m hündürlükdə dağ meşələrində bitir. 20 yaşında hündürlüyü 1,5 m, çətirinin diametri 30 sm olur. Xırda yarpaqlarının uzunluğu 2–3 mm, eni təxminən 1 mm, rombvarı və ya yumurtavarı rombvarı, ucu küt, kürəyində uzunsov vəziciklidir. Qozagiləmeyvələri şarşəkillidir. Vegetasiyası may ayından başlayır. İllik boy artımı 1 sm-ə qədərdir, yavaş böyüyür. Çiçəkləməsi may ayında olur.

Qozalarının ölçüsü 2 sm-ə qədərdir. İkinci il yetişir. Toxumla çoxaldılır. Qışadavamlılığı aşağıdır. Quraqlığa davamlıdır. İlk illərdə kölgələndirmək lazımdır.

Azərbaycanda son dövrlərdə, AbşerondaLənkəranda park və bağlarda mədəni şəraitdə yetişdirilir.