Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.
İnsan köklüyünün göstəricisi kimi Bədən kütləsinin indeksi (BKİ)əsas kriteriya götürülür. 2000-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı monqoloid iqrinə aid olan insanlar üçün köklük həddi üçün BÇİ-nin qiymətini artıq çəki üçün 25 dən 23 kq/m²-ə endiməyi, piylənmə üçün isə 30 dan 25 kq/m²-ə endirməyi təklif etmişdir. Buna səbəb bu irqə mənsub olan insanlar arasında aparılmış epidemoloji araşdırma idi. Bu araşıdrma göstərmişdir ki, monqoloidlər nisbətən aşağı dərəcədə piylənmədən əziyyət çəkilrər. Digər mütəxəsisslər isə bu həddləri neqroidlər üçün yuxarı qaldırılmasının tərəfdarı olmuşlar.
Bəzi mütəxəssilər köklük dərəcəsinin təyini zamanı bədəndə olan əzələnin miqdarının nəzərə alınmamasını tənqid edirlər. Bu səbəbdəb bədənində çoxlu əzələ olan yaşlı adam kök kimi qiymətləndirilə bilər. Onu da qeyd etmək lazışmdır ki, BÇİ köklük üçün dünyada tanınmış yeganə beynəlxalq meyyardır.
Böyük Britaniyada uşaqların 20 faizi köklükdən əziyyət çəkir[1]
Köklük aşağıdakı səbblərdən yarana bilər:
Təsir edən amillər: