K-9 Thunder | |
---|---|
Tipi | Özüyeriyən artilleriya |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1999 – davam edir |
İstismara başlanması | 1999 |
İstehsal tarixçəsi | |
Konstruktor | Samsung Techwin |
Konstruksiya tarixi | 1989–1998 |
İstehsalçı | Hanwha Techwin (keçmiş Samsung Techwin) |
İstehsal illəri | 1999–davam edir |
Variantları | K-10 |
Xüsusiyyətləri | |
Ağırlığı | 47 ton |
Sürət | 67 km/s |
Güc nisbəti | 21 ag/ton |
Əsas silah | 155 mm yivli top |
Köməkçi silah | 12.7 mm K6 HMG |
Uzunluğu | 12 m |
Eni | 3.4 m |
Hündürlüyü | 2.73 m |
Ekipaj | 5 (Komandir, sürücü, topçu, 2 nəfər yükləyici) |
Vikianbarda əlaqəli mediafayllar |
K-9 Thunder Cənubi Koreya istehsalı özüyeriyən artilleriya qurğusudur. Bu artilleriya qurğusu Cənubi Koreya Silahlı Qüvvələrində istismar olunan K-55 artilleriya sistemini əvəz etmək məqsədilə hazırlanmışdır. K-9 haubitsası K-10 avtomatik mərmi təchizat maşını ilə birlikdə fəaliyyət göstərir.
İlk dəfə texnologiya transferi Türkiyəyə həyata keçirilmiş və 2004-cü ildən etibarən T-155 Fırtına adı ilə lisenziya altında istehsal olunmağa başlamışdır. Bu texnologiya transferi qarşılığında Türkiyə Cənubi Koreyaya 1 milyard ABŞ dolları ödəmişdir.[1] Türkiyə 2011-ci ilə qədər 300 ədəd Fırtına istehsal etməyi planlaşdırmışdır.
2015-ci ilin sentyabrında "Larsen və Toubro" konqlomeratı Hindistan ordusunu 100 ədəd K-9 haubitsası ilə təmin etmək üçün 800 milyon $ dəyərində müqavilə imzalamışdır.[2] Hindistan üçün istehsal olunmuş K-9 Vajra-T xüsusilə ölkənin Pakistanla sərhəd ərazilərində səhra şəraitində istifadə üçün nəzərdə tutulmuşdur.
2016-cı ilin iyulunda Finlandiya müdafiə naziri açıqlanmayan sayda K-9 haubitsasının alınması məqsədilə Cənubi Koreya ilə danışıqların davam etdiyini açıqlamışdır.[3] 2017-ci ilin fevralında isə ölkənin müdafiə naziri növbəti açıqlamasında 2017-ci ildən başlayaraq yeddi il ərzində Finlandiyanın 48 ədəd K-9 alacağını bildirmişdir.
Norveç və Estoniya da K-9-ların alınmasının qərara alındığını bildirmişdir. Norveçlə Koreya arasında satınalma haqqında müqavilənin 2017-ci ilin ortalarında imzalanacağı gözlənilir.[4] Bir sıra digər mənbələrə istinadən yayılan xəbərlərə görə Estoniyanın Finlandiyadan 12 ədəd K-9 alacağı gözlənilir.