Kadri Aytaç

Kadri Aytaç
türk. Kadri Aytaç
Ümumi məlumatlar
Doğum tarixi 6 avqust 1931(1931-08-06)[1]
Doğum yeri
Vəfat tarixi 28 mart 2003(2003-03-28) (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1949–1953 Türkiyə Beyoğluspor
1953–1958 Türkiyə Qalatasaray 87 (45)
1958–1960 Türkiyə Fatih Karagümrük 64 (25)
1960–1962 Türkiyə Fənərbaxça 53 (10)
1962–1966 Türkiyə Qalatasaray FK 93 (19)
1966–1969 Türkiyə Mersin İdman Yurdu 83 (12)
Milli yığma[* 2]
1953—1962 Türkiyə Türkiyə 26 (0)
Məşqçisi olduğu klublar
1968–1969 Türkiyə Mersin İdman Yurdu köməkçi məşqçi
1969 Türkiyə Mersin İdman Yurdu məşqçi
1969–1971 Türkiyə Dənizlispor
1971–1972 Türkiyə Boluspor
1972–1973 Türkiyə Tirespor
1973–1975 Türkiyə Orduspor
1975–1977 Türkiyə Mersin İdman Yurdu
1977–1978 Türkiyə Çaykur Rizəspor
1978 Türkiyə Samsunspor idman direktoru
1978–1979 Türkiyə Ankaragücü
1979–1980 Türkiyə Göztəpə
1980–1981 Türkiyə Aydınspor
1981–1982 Türkiyə Kayserispor
1982–1983 Türkiyə Gənclərbirliyi
1983–1985 Türkiyə Karşıyaka
1985–1986 Türkiyə Konyaspor
1986–1987 Türkiyə Orduspor
1988 Türkiyə Gənclərbirliyi
1990 Türkiyə Karşıyaka
1990–1991 Türkiyə Mersin İdman Yurdu
1992 Türkiyə Zeytinburnuspor
1992–1993 Türkiyə Mersin İdman Yurdu
1994–1995 Türkiyə İstanbulspor
1996 Türkiyə Kartalspor
1997 Türkiyə Nişantaşıspor

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kadri Aytaç (6 avqust 1931[1], İstanbul28 mart 2003, Türkiyə) — Türkiyə futbolçusu və məşqçisi. O, Beyoğluspor, Fatih Karagümrük, Qalatasaray, FənərbaxçaMersin İdman Yurdu komandalarında oynamışdır. Baş məşqçisi kimi çalışdırdığı 4 klub Birinci Türkiyə Futbol Liqasına (onun dövründə türk futbol liqası sistemində ən yüksək səviyyə) vəsiqə qazana bilmişdir.

Oyunçu karyerası

[redaktə | mənbəni redaktə et]

1958/1959 mövsümündə Aytaç Qalatasaraydan Fatih Karagümrük klubuna keçdi, transferin dəyəri 57.000 Türk lirəsi idi. Türkiyə Milli Liqasının ilk mövsümündə, 25 fevral 1959-cu ildə Vefa klubu ilə matçda penalti zərbəsini uğursuz yerinə yetirən ilk oyunçu olmuşdur. Oyunçu karyerası boyunca Kadri Aytaç iki dəfə ölkə çempionluğunu qazanmışdır, 1961-ci ildə Fənərbaxça ilə və 1963-cü ildə Qalatasarayla.

Kadri Aytaç Türkiyə millisinin heyətində 26 oyun keçirtmişdir.[2]

1966/1967 mövsümündə Aytaç ikinci dərəcəli liqada çıxış edən Mersin İdman Yurduna qatıldı. O, bu klubun kapitan sarğısını daşıyırdı. Mövsümün sonunda klub Birinci Liqaya vəsiqə qazandı və futbolçu klubun heyətində Birinci Liqada daha iki mövsüm keçirtdi. 1968/1969 çempionatının sonunda peşəkar karyerasını başa vurdu, vida matçında Mersin İdman Yurdu məşhurlar komandası qarşı çıxış etmişdir.

Məşqçi karyerası

[redaktə | mənbəni redaktə et]

Oyunçu karyerasını bitdikdən sonra Kadri Aytaç məşqçilik etməyə başladı. 1968/1969 mövsümündə hələ əsas komandada olarkən Mersin İdman Yurdunda gənclər komandasına rəhbərlik edirdi. 1969/1970 mövsümü başlamazdan əvvəl Kadri Aytaç Mersin İdman Yurdunun baş məşqçisinin köməkçisi oldu və xaricdə karyera qurmağı düşünürdü. Sonradan Rumıniyada kurslara qatıldı.[3] Həmən mövsümdə Aytaç ikinci liqada çıxış edən Denizlispora rəhbərlik etməyə başladı. O, üç dəfə (1975–1977-ci illərdə və 1990/1991, 1992/1993 mövsümlərində) Mersin İdman Yurdunun baş məşqçisi təyin olunmuş və 1975/1976 mövsümündə kluba İkinci Liqanın çempionluğunu gətirmişdir.

Mersin İdman Yurdundan başqa o, həmçinin Orduspor, Gənclərbirliyi, İstanbulspor, Tirespor, Çaykur Rizəspor, Kayserispor, AnkaragücüKarşıyaka kimi klubların baş məşqçisi olmuşdur. O, Mersin İdman Yurdu, Orduspor, Gənclərbirliyi və İstanbulspor klublarını Birinci Liqaya yüksəltmişdir. Onun rəhbərliyi altında Tirespor İkinci Liqaya daxil oldu, sonrakı mövsümdə isə klub turniri üçüncü yerdə başa vurdu.[4] Məşqçi karyerasında sonuncu klubu Nişantaşıspor oldu.[5]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Kadri Aytaç Akgül adlı xanım ilə evli idi və Güngər adlı qızı var idi. Həyatının son beş ilində əziyyət çəkdiyi Altsheymer xəstəliyi səbəbindən 72 yaşında vəfat etdi. O, Feriköy məzarlığında dəfn olunmuşdur.[6]

  1. 1 2 Kadri Aytaç // FBref (çd.).
  2. Turkish Football Federation info-bank. Kadri Aytaç player profile Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine.
  3. "Kadri went to Yugoslavia to make foreign transfers". Kadri Yugoslavya’dan oyuncu almaya gitti Arxivləşdirilib 2012-09-28 at the Wayback Machine. Milliyet gazete arşivi, 03.07.1969, p. 10.
  4. "There is life in this trainer". Bu antrenörün içinde hayat var Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Milliyet gazete arşivi, 03.06.1979, p. 15.
  5. Turkish Football Federation info-bank. Kadri Aytaç manager profile Arxivləşdirilib 2020-06-28 at the Wayback Machine.
  6. Galatasaray S.K. fan site Kadri Aytaç Arxiv surəti 11 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-07-11 at the Wayback Machine.