Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Kaliforniya dəniz şiri | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kaliforniya dəniz şiri |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Kaliforniya dəniz şiri, və ya Qara dəniz şiri (Zalophus californianus) — Qulaqlı suiti fəsiləsinin Dəniz şiri yarımfəsiləsinə aid növdür. Əsasən Sakit okean sularında yaşayırlar. ABŞ alimlərinin məlumatına görə sayları 188 min başdır[3]). İl ərzində 5% artım müşaahidə edilir[4]. Kaliforniya dəniz şirləri asan əhəlləşmə xüsusiyyətinə malikdirlər. Onlar Sirk və zooparklarda asanlıqla yaşaya bilirlər. ABŞ donanmasına xidmətə qəbul olunurlar (üzərlərinə müxtəlif qurğular yerləşdirərək)[5].
Kaliforniya dəniz şirinin erkəkləri 2,4 m uzunluğa, 300 km çəkiyə malik olurlar. Dişilər isə 2 metr uzunluğa və 90 kq çəki verirlər. Dişilərin bu cür kiçik ölçüləri onları suitinə bənzədir. Erkəklərdə kəllə iri olur. Bu səbəbdən latın dilində Zalophus californianus yəni " Böyük başlı Kaliforniyalı" mənasını verir.
Adından göründüyü kimi bu növ əsasən Kaliforniya ərafı ərazilərdə daha geniş yayılıb. Bundan əlavə onlara Oreqon, Britaniya Kolumbiyası, Vaşington və Meksikanın şimal və cənub Sakit okean sahillərində rast gəlinir. Emdemik yarımnöv sayılan Qalapaqos dəniz şiri (Zalophus wollebaeki] və Yapon dənizində yaşayan Yapon dəniz şiri uzun zaman Kaliforniya dəniz şirlərinin cindinə aid edilirdi. Hazırda isə onlar müstəqil növ hesab edilirlər[6].
Bu növün əsas toplaşma və çütləşmə yerləri Çannel adaları və Müqəddəs Nikolay adaları sahilləri hesab edilir. Subay dəniz şirləri isə uzaq şimala Britaniya Kolumbiyası sahillərinə üz tuturlar.
Onlar açıq dənizə çox az çıxırlar. Dekək olar ki 10 mildən uzaqlığa üzmürlər[7]. Bu növün əsas düşkənləri Osa və Ağ balinadır.
Əsasən dişilər özgələrinin balalarına qarşı çox aqressiv olurlar. Beləki onlar başqa balaların yaxınlaşması zamanı dişlərini qıçayır, hürür və balalara hücum edirlər. Dişilərin 6–17% başqalarının balalarını uzun illər ərzində bəsləyirlər[8].