Kalyan minarəsi | |
---|---|
fars. مناره کلان | |
| |
39°46′32″ şm. e. 64°24′54″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Buxara |
Rayon | Buxara vilayəti |
Yerləşir | Buxara |
Aidiyyatı | Poy Kalyan məscidi |
Memar | Bako |
Sifarişçi | Arslan Xan Məhəmməd |
Tikilmə tarixi | 1127 |
Uzunluğu | 48 metr |
Eni | aşağı 9 metr, yuxarı 6 metr |
Vikianbarda əlaqəli mediafayllar |
Kalyan minarəsi (fars. مناره کلان) — Özbəkistanın Buxara şəhərində yerləşən tarixi abidə.[1] Abidə Pol Kalyan məscidinin tərkib hissəsidir.
Memarının Bako olduğu minarə müsəlmanlığa keçən əhalini gündə beş dəfə namaza dəvət etmək üçün Qaraxani hökmdarı Arslan Xan Məhəmmədin sifarişi ilə 1127-ci ildə inşa olunub. Daha öncə tikilməkdə olan qüllə başa çatdırılmadan sökülür. Yeni tikilən qüllə yuxarıya doğru daralan şəkildə bişmiş kərpicdən tikilir. Uc nöqtəsinə qədər qüllənin hündürlüyü 48 metr, aşağıdan eni 9 metr, yuxarıdan isə 6 metrə bərabərdir.
Minarənin daxilində yuxarısına qədər çıxan spiral şəklində pilləkənlər vardır. Minarənin səhti boyunca kərpiclərin düz və çarpaz yerləşdirilməsi nəticəsində naxış görkəmi yaranıb və yuxarı hissədə buna mavi işləmələr də əlavə olunub.[2]
Qüllənin yetərincə hündür olması səbəbindən döyüş vaxtlarında ətrafdan gələ biləcək düşməni müşahidə etmək üçün də şəhərdə yerləşən əsgərlər tərəfindən istifadə olunurdu.[3]
Tikilişindən yüz il sonra şəhərə hücuma keçən Çingiz xanın orduları tərəfindən dağıdılmaqda olduğu zaman, tikili xanda dərin təsir hissi yaratdığı üçün dağıdılmasının qarşısını aldı.[4] 20-ci yüzilliyin əvvəllərinə qədər ölüm hökmü ilə cəzalandırılanlar buradan aşağı atıldığı üçün minarə Ölüm Qülləsi olaraq da adlandırılırdı.[5]
Tarixi qeydlərə görə, minarənin inşa edilməsindən əvvəl yerində daha kiçik olan başqa bir minarə də vardı. Kalyan minarəsi tikilən zaman bu minarənin sökülməsinə qərar verildi və yenisi onun əvəzinə inşa olundu.[6]
Minarə Qaraxanilər dövlətinin hakimiyyəti illərində olduğu zaman 1127-ci ildə inşa olunub. Tikilinin sifarişçisi olan Arslan xan Məhəmmədin adı minarənin kəmərlərindən birinə oyulub. Minarənin memarı olan Bakonun istəyinə görə məzarı minarədən 45 metr aralıda salınıb. Bunu əgər tikdirmiş olduğu minarənin uçacağı halda üzərinə yıxılması səbəbindən istəmişdi. Deyilənlərə görə, memar bünövrəni qoyarkən iki il gözləmiş və dəvə südündən istifadə etmişdir. Daha sonra isə bişmiş kərpicdən istifadə olunaraq minarə ucaldılmışdır.
Dini məqsədləri ilə yanaşı, həmçinin minarədən hökmdarlar və idarəçilər tərəfindən qəbul edilən qərarların camaata elan olunması üçün də istifadə olunurdu. 1924-cü ildə divarlarının bir hissəsi bərpa prosesindən keçmişdir. 1960-cı ildə Oçil Babamurodov tərəfindən minarənin bünövrə hissəsi təmir olunaraq möhkəmləndirildi. 1997-ci ildə Buxara şəhərinin 2500 illiyi münasibətilə minarə peşəkar ustalar tərəfindən yenidən bərpa prosesindən keçdi. Növbəti illərdə də kiçik bərpa işləri davam etdirilib.