Kamera 211

Kamera 211
isp. Celda 211
Janr dram filmi, məhbuslar haqqında film[d], triller filmi, döyüş filmi, roman ekranlaşdırması[d]
Rejissor Daniel Monzon
Prodüser
  • Alvaro Auqustin
  • Xuan Qordon
  • Emma Lustres Qomes
  • Borxa Penya
Ssenari müəllifi
  • Xorxe Qerrikaeçevarriya
  • Daniel Monson
  • Fransisko Peres Qandul
Baş rollarda
Operator Karles Qusi
Bəstəkar Roke Banos
İstehsalçılar La Fabrique 2, La Fabrique de Films, Morena Films, Telecinco Cinema, Vaca Films
Distribütorlar Paramount Pictures (İspaniya)[1]
La Fabrique de Films (Fransa)[1]
İlk baxış tarixi 4 sentyabr 2009
Müddət 110 dəq.
Ölkələr
Dil
Rəng rəngli
IMDb ID1242422

Kamera 211 (isp. Celda 211) — İspaniyada 2009-cu ildə çəkilmiş həbsxanalar haqqında olan filmdir. Filmin rejissoru Daniel Monzon olmuşdur.[2] Filmdə baş rolları isə Luis Tosar və Alberto Ammann ifa etmişdir. Film 2010-cu il Qoya Mükafatlarında bir çox mükafat qazanmışdır.[3]

Alberto Ammannın canlandırdığı Xuan Oliver personajı bir gün sonra həbsxanada həbsxana nəzarətçisi kimi işə başlamalıdır. Buna görə də, həbsxana ilə tanış olmaq üçün bir gün əvvəldən həbsxanaya gəlir. Bu vaxt həbsxanada təmir gedir və digər nəzarətçilər Xuanı həbsxananın ən təhlükəli hissəsinə gətirəndə təmir sahəsindən bir daş parçası Xuanın başına düşür və o, huşunu itirir. Həbsxana nəzarətçiləri Xuanı 211-ci kamerada qoyub kömək çağırmaq üçün gedirlər. Bu vaxt Luis Tosarın canlandırdığı və həbsxananın ən təhlükəli cinayətkarı olan Malamadre kameradan qaçaraq iğtişaşlara başlayır. İğtişaşlar zamanı həbsxananın Xuan olan hissəsində bütün kameraların qapıları nəzarətsiz qalaraq açılır. Ən təhlükəli cinayətkarlar belə bu vəziyyətdən istifadə edərək kameralardan çıxırlar. Məhkumlar Xuanı görmürlər.

Malamadrenin yaxın dostlarından biri Xuanı 211-ci kamerada təsadüfən aşkar edir və Malamadreyə məlumat vermək üçün kameranı tərk edir. Bu vaxt Xuan həbsxanada üsyan qalxdığını başa düşür və onun üstündə olan, lakin məhkumlara qadağan olan hər şeydən xilas olaraq özünü əsl cinayətkar kimi aparır. Malamadre ilə qarşılaşdığı zaman, özünü soyuqqanlı aparır və beləliklə də, diqqət cəlb etmir. Xuanın arvadı hamilədir və Xuan həyat yoldaşına qovuşmaq üçün özünü cinayətkar kimi aparmağa məcburdur. Bu arada Malamadrenin özünə ən yaxın bildiyi adamları polislərlə əlaqə saxlayaraq Malamadreyə arxadan zərbə vurmağa hazırlaşırlar. İğtişaş haqqında yerli mediaya məlumat sızdırıldıqdan sonra isə hadisələr tamamilə nəzarətdən çıxır.[4]

  • Luis Tosar — Malamadre, isp. Malamadre
  • Alberto Ammann — Xuan Oliver, isp. Juan Oliver
  • Karlos Bardem — Apaç, isp. Apache
  • Marta Etuar — Elena, isp. Elena
  • Antonio Resines— Utrilya, isp. Utrilla
  • Feliks Kubero — Herman, isp. Germán
  • Manolo Solo — türmə direktoru, isp. Director cárcel
  1. 1 2 "Film #33736: Celda 211". Lumiere. 22 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2021.
  2. "La verdadera historia de la celda 211". ABC. 21 February 2010.
  3. "2009 yapımı Hücre 211 hakkında kısa bilgi". www.beyazperde.com. 28 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2017.
  4. "Hücre 211 filminin konusu". www.sinemalar.com. 9 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2017.