Kanada ərkəvanı

Kanada ərkəvanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kanada ərkəvanı (lat. Cercis canadensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | vikimətni redaktə et]

Şimali Amerikada, Nyu-Yorkdan cənuba tərəf Şimali Floridaya, qərbdən Ayova, Texas və Şimali Meksikaya qədər olan ərazilərdə bitir.

Botaniki təsviri

[redaktə | vikimətni redaktə et]

Hündürlüyü 12–18 m-ə çatan, bozumtul-qara gövdəyə malik ağacdır. Cavan zoğları qırmızı-qonurdur. Yarpaqların uzunluğu 16 sm-ə qədər olub, enli, oval və ya ürəkşəkilli, ucu biz, səthi hamardır. Yarpaqların rəngi yazda açıq yaşıl, payızda isə açıq sarı olur. Çiçəkləri kəpənək formasında, qalın budaq və ya gövdədə dəstələrlə yerləşir, uzunluğu 10–12 mm-ə çatır, açıq çəhrayı və ya solğun çəhrayı rəngdədir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabrda yetişir. Paxla meyvəsi hamar, uzunluğu 6-10 sm və eni 2 sm-dir.

Rütubətliyə orta dərəcədə tələbkardır. Quraqlığa və soyuğa davamlı, işıqsevən, yüngül yarımkölgəyə dözən bitkidir. Torpağa çox tələbkar deyil. Drenajlı, əhəngli, zəngin torpaqlarda və bataqlıqların kənarında bitir. Həyat müddəti 75 ildir. Kütləvi və uzun müddət çiçəkləməsi üçün vaxtaşırı suvarılmalıdır.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Azərbaycanda bəzi rayonlarda park və bağlarda rast gəlinir. Mədəni şəraitdə 1641-ci ildən Azərbaycanda becərilir.

Tək və qrup əkinlərində çox effektlidir. Dekorativ formaları vardır: ağ çiçəkli (f. alba); çoxləçəkli (f. plena).

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 374.