Kanal D | |
---|---|
| |
Ölkə |
Türkiyə ŞKTR |
Yayım ərazisi | Türksat 4A peykinin əhatə dairəsi |
Dil | Türk dili |
Baş qərargah | Doğan TV Center 34204, Bağçılar, İstanbul, Türkiyə[1] |
Yaranma tarixi |
16 sentyabr 1993 (test yayımı) 19 dekabr 1993 (əsas yayım) |
Sahibi |
Doğuş Yayın Qrupu (1993-1994) Doğan Holdinq (1994-2018) Dəmirörən Holdinq (2018-h.h.) |
Rəhbərlik | Murat Sayqı |
Keçmiş adları | Kanal D (Kanal Doğuş) (1993-1994) |
Şüar |
Doğru kanal, doğru seçim! (1993-1994) Sizi Kanal D-də gözləyirik! (1994) Bundan sonra "Kanal D"! (1995) İlin kanalı - Kanal D! (1995-1996) Türkiyə, Kanal D-ni izləyir. (1996-2001) Kanal D - Yeni əsrin gənc kanalı! (2001-2002) Hər kəs buradadır; sən haradasan? (2002-2004) Türkiyənin kanalı (2004-2015) D-li kimi sevmək ruhumuzda var! (2015-h.h.) |
Qardaş kanallar |
Radio D (1994-h.h.) Euro D (1996-h.h.) CNN TürkHD (1999-h.h.) CNN Türk Radio (2001-h.h.) Dream TV (2003-h.h.) Dream Türk (2003-h.h.) Slow Türk (2005-h.h.) T.A.Y. TV (2006-h.h.) Kanal D (Rumıniya) (2007-h.h.) D-SmartHD (2007-h.h.) Cartoon Network (Türkiyə) (2008-h.h.) Teve2HD (2012-h.h.) |
Sayt | kanald.com.tr |
Kanal D — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur.
"Kanal D" Ayxan Şəhənk - Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi.
2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir. Kanal D həmçinin Türkiyədə HD yayıma keçən ilk milli televiziya kanalı olmuşdur. 5 sentyabr 2005-ci ildən 15 yanvar 2013-cü ilə qədər telekanlın əsas xəbər buraxılışını və "32-ci gün" verilişini məşhur jurnalist Məmməd Əli Birand təqdim etmişdir. 1 iyul 2013-cü il tarixində 16:9 formatlı yayıma keçmişdir.
Kanal D-nin HD kanalı 1 oktyabr 2006-cı il tarixində "DHD TV" adıyla yayıma başlamışdır.[2] Türkiyənin ilk HD kanalıdır. Bir müddət sonra yayımı dayandırılmışdır. Lakin 1 sentyabr 2008-ci il tarixindən etibarən təkrar yayımlanmağa başladı. 18 sentyabr 2014-cü il tarixində isə ödənişsiz yayıma keçmişdir.
Telekanal 2000-ci illərin əvvəlində Bakıda da yayımlanmağa başlamışdı. Lakin 3 yanvar 2006-cı il tarixində Milli Televiziya və Radio Şurasının qərarı ilə Bakı yayımı dayandırılmışdır. Kanalın Azərbaycanda da kifayət qədər tamaşaçı kütləsi var idi. Daha sonra isə 5 iyun 2015-ci il tarixində "CNN Türk" və "Samanyolu Haber" kanalları ilə birlikdə Azərbaycanda yayımı qadağan olunmuşdur. Buna səbəb olaraq həmin kanalların anti-Azərbaycan təbliğatı göstərilmişdir. Lakin həmin il Hürriyət qəzetində dərc olunan məqalələrdən bu təbliğatın anti-Azərbaycan olmadığı görülmüşdür.[3]