Kanamara Matsuri | |
---|---|
| |
Rəsmi adı | かなまら祭り |
Ölkə | |
Növ | dini |
Qeyd olunmağa başlayıb | 1977 |
Başlayır | Aprel ayının ilk bazar günü |
Vikianbarda əlaqəli mediafayllar |
Kanamara Matsuri (かなまら祭り?, "Polad penislər festivalı") — Yaponiyanın Kavasaki şəhərində, Kanayama məbədində (金山神社, Kanayama-jinja?) keçirilən şintoizm festivalı. Festivalın konkret keçirildiyi gün dəyişkəndir: əsas tədbirlər aprel ayının ilk bazar gününə düşür. Penis tədbirin əsas mövzusudur, özünü şəkillərdə, konfetlərdə, naxışlı tərəvəzlərdə, dekorasiyalarda və mikoşi paradlarında göstərir.[1][2][3][4][5]
Kanamara Matsuri yerli penis məbədində keçirilir. Əfsanəyə görə gənc bir qadının vajinasında gizlənmiş itidişli iblis (vagina dentata) iki kişinin toy gecəsində axtalamasına səbəb olmuşdur.[6] Nəticədə, qadın bu problemi həll etmək üçün dəmirçidən kömək istəyir, dəmirçi iblisin dişlərini qırmaq üçün polad penis hazırlayır.[7] Beləliklə, problem həll olunur. Əfsanə Bazil Hol Çemberleyn tərəfindən Aynu dilində "Qadınlar adası" adı ilə çap olunmuşdur.[8]
Kanayama məbədi zöhrəvi xəstəliklərdən qorunmağı arzu edən fahişələr arasında məşhurluq qazanmışdır.[9]
Deyilənlərə görə, məbəd biznesdə və klanda müvəfəqiyyət təklif edir: asan doğuş, evliklik və münasib evlilik.
İlk festival 1977-ci ildə keçirilmişdir.[10] İlk öncə kiçik festival olacağı güman olunmuşdu, amma daha sonra böyük festivala çevrilmişdir.[10] Müasir dövrdə festivala çoxlu sayda turist axışır və əldə olunan gəlir QİÇS tədqiqatları üçün sərf olunur.[11]