Kanayma Milli Parkı | |
---|---|
isp. Parque Nacional Canaima | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 30.000 km²[1] |
Yaradılma tarixi | 12 iyun 1962[2] |
Yerləşməsi | |
6°10′ şm. e. 62°30′ q. u.HGYO | |
Ölkə | Venesuela |
Əyalət | Bolivar ştatı |
|
|
Rəsmi adı | ing. Canaima National Park |
Tipi | Təbii |
Kriteriya | vii, viii, ix, x |
Tarixi | 1994 (18-ci sessiya) |
İstinad nöm. | 701 |
Region | Latın Amerikası və Karib |
Vikianbarda əlaqəli mediafayllar |
Kanayma Milli Parkı (isp. Parque Nacional Canaima) — sahəsi 30.000 km² olan, Venesuelanın cənub-şərqində yerlən Qran Sabana[3] regionunu əhatə edən milli park. Venesuelanın Bolivar ştatında yerləşir, Braziliya və Qayana ilə sərhəddədir.
Milli park 12 iyun 1962-ci ildə qurulmuşdur. Sahəsinə görə Venesuelanın ən böyük ikinci (Parima Tapirapeko Milli Parkından sonra), dünyanın isə ən böyük altıncı milli parkıdır. Milli parkın sahəsi Belçika və ya ABŞ-nin Merilend ştatı qədərdir.
Sahəsinin 65 %-i milyon illər əvvəl yaranan, dik yamaclara və hamar zirvələrə malik dağlarla — tepuilərlə örtülüdür. Milli park təkrarolunmaz bioloji və geoloji müxtəlifliyə malikdir. Buradakı dik qayalar və şəlalələr (1002 metr hündürlüyü ilə dünyanın ən hündür şəlaləsi olan Anhel şəlaləsi də daxil) valehedici mənzərələr yaradır.
Milli parkdakı ən məşhur tepuilər ən hündürü və dırmaşması ən asan olan Rorayma dağı və Anhel şəlaləsinin yerləşdiyi Auyantepuidir. Bu tepuilərin geoloji yaşı Cənubi Amerika ilə Afrika materiklərinin superqitə olduğu dövrə aiddir.
Milli park Karib linqvistik qrupuna daxil olan Pemon hindularının məskənidir. Pemon hindularının tepuilərlə yaxın münasibətləri var və onların inancına görə tepuilər "Mavari" ruhlarının yaşadığı yerdir. Kanayma Milli Parkı nisbətən uzaqda yerləşən milli parkdır, sadəcə çox az yolla kiçik şəhərlərlə əlaqələnib. Milli parkın daxilində nəqliyyat müxtəlif Kapuçin missiyaları tərəfindən uçuş zolaqları vasitəsilə qalxan təyyarələrlə, ayaqla və ya kanoe ilə yerinə yetirilir. Pemon hinduları burada sadə və təmtəraqlı düşərgələr salıblar və bu düşərgələr dünyanın müxtəlif yerlərindən gələn turistlər tərəfindən ziyarət olunur.
1994-cü ildə Kanayma Milli Parkı sıldırım relyef forması olan tepuilərə görə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.
Kanayma Milli Parkı zəngin faunaya malikdir və faunanın milli park boyunca paylanması müxtəlif ətraf mühit amillərindən asılıdır (yüksəklik və vegetasiya kimi). Burada yaşayan bəzi heyvan növlərinə aiddir:
Milli parkda ancaq Qran Sabana regionu üçün endemik olan 300-dən çox növ yaşayır.
Milli parkda Karoni çayının sağ sahilinin bütöv çay hövzəsi, dünyanın ən hündür iki şəlaləsi Anhel şəlaləsi və Kukenan şəlaləsi, xeyli alçaq şəlalə yerləşir.
Milli parkda ən gözəçarpan relyef forması tepuilərdir. Tepuilər dik yamaclara və hamar zirvələrə malik dağlardır. Buna baxmayaraq bir neçə tepui vardır ki, bu şərtləri ödəmir. Tepuilərin zirvələrində endemik bitki və heyvanlar növlərinə rast gəlinir. Bəzi endemik bitki növləri həşəratyeyəndir, əsasən həşəratlarla qidalanırlar, lakin dağlarda onların sayı azdır. Burada yaşı 1,5-2 milyard il olan geoloji quruluşlar vardır ki, dünyanın ən qədim quruluşları hesab olunurlar. Ən məşhur tepuilər Auyantepui (Anhel şəlaləsinin töküldüyü dağ), Rorayma, Kukenan və Çimantadır.
|
|
|
|