Kanev

Şəhər
Kanev
Канів
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
49°44′41″ şm. e. 31°27′21″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1078
İlk məlumat 1078
Sahəsi
  • 1.742 km²
Mərkəzin hündürlüyü 101 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 23.503 nəf. (2021)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 19000–19009
Nəqliyyat kodu CA, IА / 24
Digər
kaniv-rada.gov.ua
Xəritəni göstər/gizlə
Kanev xəritədə
Kanev
Kanev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KanevÇerkassk vilayətində (Ukrayna) şəhər.

Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir[2].

Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir[3].

Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.

Hələ lap 1786-cı ildə bu torpaqlarda gedən Rus-Türk müharibəsinə kimi şəhərdə türk qalası dururdu. Yüz ildən sonra isə qala divarları uçmuş, onu əhatələyən torpaq sədd isə hələ qalmaqda idi[4]. Həmin müharibənin nəticəsi olaraq işğal olunan Kanev 1793-cü ildən Rusiyaya keçmişdir. XIX əsrdə Kanev şəhərində onun əsil sakinlərindən-müsəlman əhalidən yaşayanlar var idi. Öz qələmi ilə insanlar arasında dostluq və qardaşlığa xidmət etmək əvəzinə bu qələmi istila silahı kimi işlədən bir sıra ədəbiyyat adamları tarixən Kanevin türk şəhəri olduğunu etiraf etməkdən başqa çarələri qalmasa da bu şəhərin adını qanla bağlamaqla ("qanlı ev", "qanlı kənd") bununla sülhsevər və zəhmətkeş xalqa iftira atmış olurlar.

Kanev sinəsində öz tarixi keçmişinin izlərini, yadigarlarını bu gün də yaşatmaqdadır: müxtəlif dövrlərə aid qədim abidələr, insan düşərgələri, yaşayış məskənləri, məzarlıqlar, şəhərciklər və s. kimi lal faktlar buradakı bir vaxtlar qaynayan gur həyatdan xəbər verməkdədir.

  1. http://www.ck.ukrstat.gov.ua/source/arch/2017/chisl_1704.pdf.
  2. КГЭ, T.2., M, 1961, c.222
  3. Карамзин H. История Государства Российского, M., Рипол-классик, т.4, гл.1.1998
  4. ЭС, т.27, с.287