Kanqansulle (kor. 강강술래) — ənənəvi Koreya xalq rəqsi olub əsasən Chuseok bayramında bədirlənmiş ay altında oynanılır. Rəqs 15 fevral 1966-cı ildə Koreyanın 8-ci Əhəmiyyətli Qeyri-Maddi Mədəni İrsi olaraq təyin edildi. 2009-cu ildə isə YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edildi.[1]
Ganggangsullae və ya Ganggangsuwollae kimi tələffüz olunur. Bu ifadəni Çin dilindəki 强羌水越來[Yağış getdikcə güclənir ] kimi tərcümə etmək mümkündür. Ganggangsullae-nin etimologiyası indiyədək tam aydın deyil, lakin bu terminin mənşəyini Koreya və ya Hanja simvollarında şərh etməklə təxmin etmək olar. Ilk variant olaraq bu terminin yerli Koreya sözlərindən əmələ gəldiyini düşünülür ki, burada Ganggangsullae'nin "Gang" dairə, "sunu" və ya "sulla" sözlərindən əmələ gələn "sullae" isə kutle, izdiham və ya xəbərdarlıq mənasını verir.
Digər fərziyyəyə görə isə Ganggangsullae sözünün xalqı yapon işğalçılarından xəbərdar etmək üçün bir çağırışı tərənnüm etdiyini nəzərə alsaq, "güclü bir barbar ölkəmizi işğal edəcək" mənasını verən hanja ifadəsi olduğu düşünülür. Bu məşhur fərziyyəyə görə, söz admiral Yi Sun-sin tərəfindən ortaya atılmışdır. Deyilənə görə, 1592-ci ildə admiral Yi Sun-sin əsgərlərinin düşmənlə müqayisədə nəzərə çarpacaq dərəcədə az olduğundan, qadınları toplayıb onlara gecələr tonqal yandıraraq əsgər paltarı geyinmiş vəziyyətdə "Ganggangsullae" ifa etməsini tapşırır. Bunu görən Yapon əsgərləri Koreya qoşunlarının gücünün çox olduğunu zənn edərək yanılırlar. Məhz bu hekayəyə görə, Ganggangsullae'nin mənası, Çin dilindən tərcümədə "güclü bir barbar suyu keçir" mənasi verərək əsgərlərin barbar istilalarından çəkindirmə şüarı rolunu oynayır. Mahnının sözlərinə diqqətlə yetirsəniz, görə bilərsiniz ki, sözlər daha çox düşməni tənqid həsr olunub. Xüsusən də, yapon müstəmləkəçiliyi dövründə yazılmış mahnılar koreyalıların yapon işğalına qarşı müqaviməti əks etdirir.[2]
Şərq səmasında yuvarlaq ay yüksəlməyə başlayanda qadınlar əl-ələ tutub sağa dövr vuraraq dairə yaradırlar. Bu dairə ayı təmsil edir. Gözəl səsə malik olan bir qadın qabaqda durub yüksək səslə mahnını ifa edərkən, qalan insanlar birlikdə "ganggangsullae" deyirlər. Əvvəlcə asta ritmlə başlayan rəqs zamanla musiqisi və hərəkətləri sürətlənərək sanki qaçırmış kimi hal alır. Rəqs sürət və tərkibinə görə 3 hissədən ibarətdir: Gin (asta), Jung(orta) ve Jajeun(sürətli) ganggangsullae. Rəqsin özünə məxsus strukturu var. Belə ki, müxtəlif oyunlarla müşayiət olunan rəqs daha bir çox hərəkətlərin təkrarlanması ile müşahidə olunur. Mərhələlər ve oyunlar mövzusu dəyişdikcə iştirakçıların da sayı dəyişir. Rəqsə kənd həyatını təcəssüm etdirən zəncir əmələ gətirmə, siyənəkləri bağlama və açılma, dairəni sökmə və düzəltmə, saman həsirini yuvarlama və açmaq, dam kirəmitlərin uzərində addım atma, siçan tutma, qapı açmaq kimi təqlidi hissələr daxildir. Performans yavaş oxuma və ayaq səsləri ilə ifa olunan Gin ganggangsullae ilə başlayır və Jung'a çatır, burada temp yavaş-yavaş artmağa başlayır və Jajeun ganggangsullae ilə kulminasiya nöqtəsinə çatır, burada addımlar daha sürətli olur və aparıcı müğənni hoppanmağa başlayır.[3]
Bir vaxtlar gender fərqini aradan qaldırmaq üçün ifa edilən Ganggangsullae indi insanlar arasında nəsil fərqini aradan qaldırmaq üçün oynanılır. Belaki, Koreya Respublikasının cənub-qərb hissəsində məşhur olan bu rəqs — mövsümi məhsuldarlıq ritualı — əsasən Avqust ayında Koreyanın Chuseok Bayramında(Məhsul Bayramı) ifa edilirdi. Parlaq dolun ayın altında onlarla gənc, subay kənd qadını bir dairədə toplaşır, əl-ələ verir və aparıcı müğənninin rəhbərliyi altında bütün gecəni oxuyur və rəqs edirdilər.
Ənənəvi Koreya cəmiyyətində isə kişilər üstünlük təşkil edirdi və gənc qadınlara yüksək səslə oxumağa və gecələr bayıra çıxmağa icazə verilmirdi. Bununla belə, Chuseok-da qadınlar uzun müddət davam edən əziyyətlərini ifadə etmək üçün parlaq aylı bir gecədə Ganggangsullae vasitəsilə sərbəst mahnı oxuya və rəqs edə bilərdilər. Festival zamanı qadınlar gündəlik məhdudiyyətlərdən qurtula və bayramın abu-havasından həzz ala bilirdilər. Festivala kişilər qoşulması isə qadğan idi. Lakin 16-cı əsrdə hərbi strategiya kimi istifade edildikden sonra rəqs ölkenin digər hisselerinə yayilmağa basladi.
İndiki dövrdə kənd yerlərində gənc qadınlar şəhərlərə getdiyi üçün Ganggangsullae-ni görmək çətindir. Bununla belə, dövlət tərəfindən mühüm qeyri-maddi mədəni sərvət kimi təyin edilmiş, və hökmətin milli-mədəni və təhsil siyasəti sayəsində Ganggangsullae Koreya yarımadasının cənub-qərb hissəsindən kənara yayılmışdır. Bu gün Ganggangsullae ibtidai məktəblərdə musiqi təhsili kurikulumuna daxil edilib və təkcə ölkə daxilində festivallarda deyil, həm də bir çox orta məktəblərdə, liseylərdə və universitetlərdə geniş şəkildə ifa olunur.[4]
Ganggangsullae’nin məşhur müğənnilər (baş ifaçılar):
— Yang Hong-do (1966)
— Kim Gil-im (1966)
— Choi So-sim (1976)
— Park Young-sun (1993)
— Park Yang-ae (2000)
— Kim Jong-sim (2000)
— Park Jong-suk (2000)
— Cha Young-sun (2000)