Kansay Yamamoto | |
---|---|
yap. 山本 寛斎 | |
Doğum tarixi | 8 fevral 1944[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyul 2020[3][4][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | leykoz |
Təhsili |
|
Fəaliyyəti | dəb dizayneri |
kansai-inc.co.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Kansay Yamamoto (山本 寛斎, Yamamoto Kansay?, 8 fevral 1944[1][2], Yokohama – 21 iyul 2020[3][4][…], Tokio) – Yaponiya dəb dizayneri. Avanqard kolleksiyalarına və Devid Boui ilə əməkdaşlığına görə tanınır.[5] 2020-ci ildə leykoz xəstəliyindən ölmüşdür.[5]
Kansay Yamamoto 1944-cü ildə doğulmuşdur.[5] İnşaat mühəndisliyi üzrə təhsil aldıqdan sonra dəb ilə maraqlanmağa başlamışdır.[5] 1971-ci ildə Londonda çıxış edən ilk Yaponiya dizayneri olmuşdur.[6] Bu çıxışından sonra teatr dizaynları beynəlxalq uğur qazanmışdır.[5]
Bu dövrdə Elton Con, Con Lennon və Stivi Vander kimi musiqiçilərlə dostluq əlaqələri qurmuşdur.[6] Londondakı uğuru Devid Bouinin diqqətini cəlb etmiş və 1973-cü ildə onunla əməkdaşlıq qurmuşdur.[6] Yamamoto 2016-cı ildə verdiyi müsahibədə qeyd etmişdir ki, Boui onun Londonda satılan qadın geyimlərini tapdıqdan sonra onunla maraqlanmağa başlamışdır.[5]
Yamamoto Boui üçün bir çox səhnə kostyumu hazırlamışdır: kombinezonlar, bədən kostyumları, plaşlar və enli şalvarlar.[5] O, müğənninin 1973-cü ildəki "Aladdin Sane" turnesi üçün kostyumlar hazırlamış, Bouinin Ziqqi Stardast personajının yaradılmasında kömək etmişdir.[5]
Yamamoto 1970 və 1980-ci illərdən sonra kimonoya müasir baxış gətirmiş, Yaponiyaya məxsus basara konsepsiyasına yönəlmiş, qalın və cürətli dizaynlar yaratmağa başlamışdır.[5] O, 2018-ci ildə Louis Vuitton üçün kabuki motivlərinə malik kolleksiya nümunələri yaratmışdır.[5] O, Moskvanın Qırmızı meydanı və Londonun Viktoriya və Albert muzeyi kimi məkanlarda tədbirlər təşkil etmişdir.[5]
Yamamoto drammatik dizaynları ilə tanınsa da, ənənəvi Yaponiya paltarlarından ilhamlanmışdır.[6] Onun dizaynları şişirdilmiş ölçülərə malikdir.[6] Yamamoto dizaynlarında yakko, karesansui, kumadori kimi yapon elementlərindən istifadə etmişdir.[6] Bu elementləri birləşdirərək gözqamaşdıran rənglərlə təqdim etmişdir.[6]
Yamamotonun işləri Ceremi Skott və Mark Ceykobs kimi dizaynerlərə həsr göstərmişdir.[6]