Kapella — Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı.[1][2] Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur.[3] Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur.[4] Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.[5][6]