Karain | |
---|---|
türk. Karain | |
| |
Ümumi məlumatlar | |
Tipi | karst |
Yerləşməsi | |
37°04′39″ şm. e. 30°34′14″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Karain (türk. Karain) — paleolit epoxasına aid arxeloji abidə və mağara. Mağara Türkiyənin Aralıq dənizi regionunda, Antaliya şəhərindən 27 km şimal-qərbdə, Yağca kəndinin ərazisində yerləşir. Karain mağarası Türkiyənin ən böyük mağaralarından biridir. Mağara həm də insan yaşayan ən böyük mağara hesab olunur. Mağaranın dəniz səviyyəsindən hündürlüyü 370 metrdir. Travertin mənşəli süxurlardan ibarət olan bu mağara Qərbi Tavr dağlarının ətəyindən 80 metr yuxarda, dağ yamacındadır. Mağara əslində üç fərqli mağaralardan ibarətdir və böyük bir kompleks formalaşdırır. Mağara daxilində stallaktiklər və stalaqmitlər yetərincə çoxdur.
1946-cı ildən mağarada arxeoloji araşdırmalar aparılır. Mağarada orta paleolita aid insan izləri aşkar edilmişdir (200—150 min il əvvəl)[1][2][3][4]. Araşdırmalara əsasən mağarada insanların məskunlaşması təxminən 25 000 il davam etmişdir (mezolit, neolit, mis dövrü və tunc dövrü). Digər paleolit dövrünə aid olan mağaralardan fərqli olaraq Karain mağarası tək bir dövrü əhatə etmir. Mağarada alt, orta və üst qatlar formalaşmaqla böyük bir tarixi dövrü əhatə edir. Məlum olmuşdur ki, İoniya dövründə (dəmir dövrü) mağara daha çox dini mərkəz kimi istifadə olunmuşdur. Mağara daxilində və girişində olan yunan yazıları bunu təsdiq edir.[5] Anadolu sivilizasiyaları muzeyində, eləcə də yaxınlıqdakı Karain muzeyində çoxlu miqadarda Karain mağarasına aid artefaktlar kolleksiyası saxlanılır. Mağarada yaşayan insanlara məxsus bu artefaktlar əsasən daşdan hazırlanıb. Artefaktlar ən son Roma imperiyası dövrünə aiddir.
Mağraya giriş ödənişlidir. Mağarada müasir dövrdə də qazıntı işləri aparılır. Karain mağarası UNESCO-nun Ümumdünya irsinə daxildir.[6]