Karel Çapek

Karel Çapek
çex. Karel Čapek
Təxəllüsü K. Č., B. Č., Karel Plocek[4], Karel Vašek[4]
Doğum tarixi 9 yanvar 1890(1890-01-09)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 dekabr 1938(1938-12-25)[3][1][…] (48 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı[7]
Dəfn yeri
  • Vışeqrad qəbiristanlığı[d][8]
Təhsili
Fəaliyyəti tərcüməçi, romançı, rejissor, fotoqraf, dramaturq, jurnalist, fantastika yazıçısı[d], uşaq ədəbiyyatı yazıçısı, yazıçı, filosof, rəssam, ədəbiyyat tənqidçisi, esseist, şair
Əsərlərinin dili fransız dili
Janr elmi fantastika
Mükafatları Tomaş Qarriq Masarik ordeninin Böyük xaçı
İmza
Vikimənbənin loqosu Karel Çapek Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karel Çapek (9 yanvar 1890[1][2][…], Male-Svatonyovise[d], Avstriya-Macarıstan[3][5][…]25 dekabr 1938[3][1][…], Vinoqradı[d][6]) — çex yazıçısı.

1915-ci ildə Praqa universitetinin fəlsəfə fakültəsini bitirmiş, kitabxanaçı, ev müəllimi işləmiş, jurnalistlik etmişdir. İlk hekayələrini qardaşı Yozef Çaperlə birlikdə yazmışdır. R.U.R (Rossumun Universal Robotları), "Makropulos üsulu" (1922), sosial-fantastik pyeslərində , "Mütləq fabriki" (1922), "Krakatit" (1924) romanlarında, "İtaliyadan məktublar" (1923), "İngiltərədən məktublar" (1924), yol oçerklərində, yumoristik hekayələrində burjua cəmiyyəti tənqid olunur. "Hordubal" (1933), "Meteor" və "Adi həyat" (hər ikisi 1934) trilogiyası kiçik adamların acınacaqlı taleyindən bəhs edir. "Salamandralarla müharibə" (1936) fantastik romanında, "Ağ xəstəlik" (1937), "Ana" (1938) pyeslərində militarizm, faşizm və irqçilik nəzəriyyəsi satira atəşinə tutulur. Yaradıcılığı müasir sosial fantastikanın inkişafına əhəmiyyətli təsir göstərmişdir.