Karen Ulenbek

Karen Ulenbek
ing. Karen Uhlenbeck
Doğum adı Karen Keskulla
Doğum tarixi 24 avqust 1942(1942-08-24)[1][2][…] (82 yaş)
Doğum yeri
Elm sahələri qismən diferensial tənlik[d], riyazi analiz, həndəsə, riyazi fizika
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları ABŞ Milli Elmlər medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karen Keskalla Ulenbek (ing. Karen Keskulla Uhlenbeck; 24 avqust 1942[1][2][…], Klivlend, Ohayo[9]) — ABŞ riyaziyyatçısıOstin Texas Universitetində fəxri professor. 2019-cu il üçün Abel mükafatının qalibi olmuş və bu mükafatı alan ilk qadındır. ABŞ Milli Elmlər Akademiyasının üzvüdür (1986),[10] London Kral Cəmiyyətinin xarici üzvü (2023).[11] O, ABŞ Milli Elm medalı (2000), eləcə də tədqiqata əsaslı töhfəsinə görə Stil mükafatına layiq görülmüşdür (2007).

Mühəndis Arnold Keskalla və məktəb müəllimi və rəssam Karolin Vindeler Keskallanın ailəsində anadan olmuşdur. O, ailənin ilk övladı olmuşdur.[12] Gəncliyində öz dövrü üçün atipik olan idman yarışlarında fəal iştirak edirdi.[13] Karen 1960-cı ildə fizika üzrə təhsil almağı planlaşdıran Miçiqan Universitetinə daxil olmuşdur.[12] Təhsil prosesində isə məlum olmuşdur ki, o, riyaziyyatı daha çox sevir, laboratoriya işlərinin öhdəsindən zəif gəlirmiş. O, fizika üzrə ixtisasını riyaziyyata dəyişmişdir. 1964-cü ildə bakalavr dərəcəsi almışdır.[13]

1965-ci ildə fizik Corc Ulenbekin oğlu biofizik Olke Ulenbek ilə evlənmişdir.[12] Əvvəlcə təhsilini davam etdirməyi planlaşdırmırdı, lakin Milli Elm Fondundan və Vudro Vilson Fondundan təqaüd alaraq Nyu-Yorkdakı Kurant İnstitutunda ikinci dərəcəyə daxil olmuşdur. Evləndikdən sonra Harvardda oxuyan həyat yoldaşına daha yaxın olmaq üçün Brandeys Universitetinə keçmişdir.[13] O, 1968-ci ildə Brandeysdə "Dəyişikliklərin hesablanması və qlobal təhlil" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[14]

Ulenbek Çikaqoda başqa bir qadın riyaziyyatçı Vera Pless ilə əməkdaşlıq etmişdir. Çikaqoya köçməsi onun elmi karyerasında dönüş nöqtəsi olmuşdur.[15] O, 1977-ci ildən 1983-cü ilə qədər Çikaqoda İllinoys Universitetində işləmiş, sonra 1988-ci ilə qədər Çikaqo Universitetində riyaziyyat professoru olmuşdur.[16] Bu müddət ərzində o, Berklidə, Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda və Harvard Universitetində qonaq müəllim olmuşdur. Prinstonda Ulenbek Riçard Şon ilə əməkdaşlıq edərək diferensial həndəsə sahəsində çalışmışdır.[15] O, 1982-ci ildə "dahi mükafatı" kimi tanınan Mak-Artur təqaüdü almışdır. O, 1985-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasına seçilmiş və 1986-cı ildə 44 yaşında Milli Elmlər Akademiyasına seçilmişdir. "University of Michigan Journal" yazmışdır ki, o, ABŞ Milli Elmlər Akademiyasının ilk qadın riyaziyyatçısı olmuşdur.[13]

  1. 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. 1 2 Karen Keskulla Uhlenbeck // Munzinger Personen (alm.).
  3. 1 2 Honoris Causa (ing.). // Harv. Mag. [Cambridge, Mass]: 2007. ISSN 0095-2427
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 http://celebratio.org/Uhlenbeck_K/article/541/.
  5. 1 2 https://www.princeton.edu/news/2019/03/19/uhlenbeck-receives-abel-prize-geometric-analysis.
  6. 1 2 http://www.ams.org/fellows_by_year.cgi?year=2013.
  7. 1 2 http://www.nasonline.org/member-directory/members/40327.html.
  8. 1 2 https://www.amacad.org/person/karen-keskulla-uhlenbeck.
  9. 1 2 Deutsche Nationalbibliothek Record #172428114 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  10. Karen K. Uhlenbeck Arxivləşdirilib 2019-06-29 at the Wayback Machine (ing.)
  11. "Exceptional scientists elected as Fellows of the Royal Society". The Royal Society (ingilis). 2023-05-10. 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  12. 1 2 3 Jim Al-Khalili. "A biography of Karen Uhlenbeck". Abel Prize website (ingilis). 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  13. 1 2 3 4 Lee Katterman. "Michigan Great Karen K. Uhlenbeck: Pioneer in mathematical analysis—and for women mathematicians". The University Record. 1999-12-06. 2011-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  14. "Biographies of Women Mathematicians: Karen Uhlenbeck". Agnes Scott College (ingilis). 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  15. 1 2 Claudia Henrion. "A profile of Karen Uhlenbeck". Celebratio Mathematica. Mathematical Sciences Research Insitute. 1997. 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  16. "Karen K. Uhlenbeck". MacArthur Foundation (ingilis). 2005-01-01. 2018-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-21.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]