Karl Lagerfeld | |
---|---|
alm. Karl Otto Lagerfeld | |
| |
Doğum tarixi | 10 sentyabr 1933[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 fevral 2019[3][4][…] (85 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi[10] |
Partnyoru |
|
Atası | Otto Laqerfeld[d] |
Təhsili |
|
Fəaliyyəti | dəb dizayneri, fotoqraf, naşir, poçt markası dizayneri[d], kostyum dizayneri[d], dəb fotoqrafı[d], modelyer[d], kolleksiyaçı, kinorejissor, dizayner |
Tanınır |
Dizayneri olduğu brendlər: Jean Patou (1958-1963) Chloé (1963–1978, 1992–1997)[5] Fendi (1965-2019)[6] Karl Lagerfeld (1984[7]-2019) Chanel (1983-2019)[8] H&M (2004) Hogan (2011) Macy's (2011) Falabella (2017) |
Mükafatları | |
karl.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Karl Lagerfeld, əsl adı Karl Otto Lagerfeldt (10 sentyabr 1933[1][2][…], Hamburq, Üçüncü Reyx[9] – 19 fevral 2019[3][4][…], Nöyi-sür-Sen, Fransa[9]) — XX əsrin ən önəmli dəb təmsilçilərindən biri.
Karl Lagerfeld 10 sentyabr 1933-cü ildə Hamburqda imkanlı bankir Otto Lagerfeldin ailəsində anadan olmuşdur. Onun doğma bacı və ya qardaşı olmamışdır.
1952-ci ildə o, Paris şəhərinə gəlmiş, burada Montenya Liseyində təhsil almışdır. 1955-ci ildə Karl, Beynəlxalq Yun Katibliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə palto dizaynına görə ilk mükafatını qazanmışdır. Bundan sonra o, 1958-ci ilə kimi Pyer Balmenin köməkçisi kimi çalışmışdır.
1980-ci illərin başlarında özünə aid parfümeriya və geyim əşyasını çıxararaq öz markasını tanıtmışdır. Karyerası ərzində Chloé, Fendi və Chanel kimi büyük dəb evləri ilə birlikdə işləmişdir.
Lagerfeld 19 fevral 2019-cu ildə 85 yaşında vəfat etmişdir.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |