Karl Qustav Emil Mannerheym

Karl Qustav Emil Mannerheym
isv. Carl Gustaf Emil Mannerheim
Şəxsi məlumatlar
Doğum tarixi 4 (16) iyun 1867[1][2][…]
Vəfat tarixi 27 yanvar 1951(1951-01-27)[2][3] (83 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Bağırsaq keçməzliyi
Dəfn yeri
  • Hitaniemi qəbiristanlığı[d][6]
Vətəndaşlığı
Təhsili
  • Nikolayev Süvari Məktəbi[d] (18871889)
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası, Finlandiya
Qoşun növü Rusiya İmperator Ordusu, Finlandiya Silahlı Qüvvələri, Ağ Qaravullar (Finlandiya)
Rütbəsi Feldmarşal (1933), general-leytenant (1917), tam süvari generalı[d] (1918)
Döyüşlər
Təltifləri "Britaniya imperiyası" ordeni cəngavəri 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni qılınclı 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni qılınclı 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni qılınclı 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni qılınclı 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni qılınclı və bantlı 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni qılınclı 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni Grand Officer of the Military Order of Savoy "Fəxri legion" ordeninin Böyük xaçı "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri Order of the Rising Sun with Paulownia Flowers, 1st class Estonian Red Cross Order First Class Order of Michael the Brave, 1st class Order of Michael the Brave, 2nd class Order of Michael the Brave, 3rd class Grand Cross with Collar of the Order of the White Rose of Finland Grand Cross with Collar of the Order of the White Rose of Finland Grand Cross of the Order of the Cross of Liberty Grand Cross of the Order of the Cross of Liberty Mannerheim Cross 1st Class Mannerheim Cross 2nd Class Cross of Liberty, 1st Class Medal of Liberty, 1st Class with rosette, of the Order of the Cross of Liberty Cross of Liberty, 4th Class Grand Cross of the Order of the Lion of Finland Order of the Sword - Commander Grand Cross Knight Grand Cross of the Order of the Sword Serafimlər ordeni Fil ordeni Dannebroq ordeni Silver cross of the Order of the Redeemer Order of the Crown of King Zvonimir Knight Officer of the Order of Saints Maurice and Lazarus Clasp to the Iron Cross Knight's Cross of the Order of Franz Joseph Knight's Cross of the Iron Cross with Oak Leaves 1st Class of the Military Order of the Cross of the Eagle Grand Cross of the Order of the German Eagle in Gold 2-ci dərəcəli Dəmir xaç 1-ci dərəcəli Dəmir xaç
field marshal
Grand Cross with Holy Crown of the Order of Merit of the Kingdom of Hungary Medal for Humane Benevolence "III Aleksandrın xatirəsinə" medalı Medal In memory of coronation of Nikolay II "Rus-yapon müharibəsinin xatirəsinə" medalı "Poltava döyüşünün 200 illiyinin xatirəsinə" medalı Medal 100 year 1812 Medal "In memory of the 300th anniversary of Romanov dynasty" "İgidliyə görə" qızıl qılıncı Memorial medal of the War of Liberation Decoration of the Danish Red Cross Memorial medal of the Winter War Cross of Merit of the Red Cross of Finland Grand Cross of the Order of the German Eagle
İmzanın şəkli
mannerheim.fi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Qustav Emil Mannerheym (fin Carl Gustaf Emil Mannerheim; 4 (16) iyun 1867[1][2][…]27 yanvar 1951[2][3], Lozanna[4][5]) —finlandiyalı hərbi və dövlət xadimi. İkinci dünya müharibəsi ərzində Finlandiya müdafiə qüvvələrinin baş komandanı, marşal və Finlandiyanın altıncı prezidenti olmuşdur (1944–1946).[7]

İsveç əsilli[8][9][10] bir ailədə anadan olmuş Mannerheym 1889-cu ildə Rusiya ordusunda xidmətə başlamışdır. Həmin dövrdə Finlandiya Rusiya imperiyasının tərkibində yerləşirdi. Rusiya ordusunun tərkibində Birinci dünya müharibəsiRus-yapon müharibəsindəki fəal iştirakına görə, general-leytenant rütbəsinə qədər yüksəlmişdir. 1917-ci ildə Finlandiya müstəqilliyini elan etdikdən sonra öz ölkəsinə qayıtmış və xidmətini burada davam etdirmişdir. Monarxiya[11] tərəfdarı olan Mannerheym Finlandiya vətəndaş müharibəsi zamanı bolşeviklərə qarşı olan Ağ Qaravulların komandanlığını üstlənmiş və almanların da köməyi ilə bolşevikləri məğlub edərək Sovet qoşunlarını ölkədən çıxartdı.[12] 1918-ci ilin dekabrında kral naibi vəzifəsinə təyin olunur və 1919-cu ildə respublika elan olunana qədər bu vəzifədə qalır. 1919–1931-ci illər aralığında könüllü olaraq tibbi və sosial yardım təşkilatlarında çalışır.

1931-ci ildə Milli Müdafiə Şurasının rəhbərliyinə təyin olunan Mannerheym bu vəzifədə xidmət etdiyi səkkiz il ərzində Leninqrad şəhərinin qarşısında yerləşən Karel bərzəxini boydan-boya keçən və SSRİ-dən gələ biləcək hücumların qarşısını almaq üçün planlanan Mannerheym xəttinin hazırlanmasını tamamlamışdır.[13] Lakin, müharibənin sonunda Finlandiya məğlub oldu və 1940-cı ildə olduqca ağır bir sülh sazişi imzalamaq məcburiyyətində qaldı.

Finlandiya 1941-ci ilin yayında tarixi Finlandiya torpaqlarını geri almaq məqsədilə Almaniya ilə birlikdə Sovet İttifaqına qarşı müharibə elan etdi. 1942-ci ilin iyununda marşal rütbəsinə qədər yüksələn Mannerheymin rəhbərliyi altındakı birliklər Sovet Ordusunun üstünlüyü ələ keçirməsi nəticəsində müharibənin əvvəlində ələ keçirdiyi torpaqlardan geri çəkilmək məcburiyyətində qaldı.[14] 1944-cü ilin avqustunda Finlandiya prezidenti təyin olunmuş[11] və sentyabrda SSRİ ilə sülh müqaviləsi imzalamışdır.

Karl Qustav Mannerheym 4 mart 1946-cı ildə sağlıq problemlərinə görə, prezident vəzifəsindən istefa vermişdir. Həyatının geri qalan hissəsini İsveçrənin Valmost qəsəbəsində davam etdirmiş və 27 yanvar 1951-ci il tarixində Lozannada vəfat etmişdir.[15] O, 4 fevral 1951-ci ildə hərbi mərasimlə Finlandiyanın Helsinki şəhərində dəfn olunmuşdur.

Onun vəfatından 53 il sonra Finlandiyada keçirilən bir sorğu nəticəsində Mannerheym bütün zamanların ən böyük finlandiyalı şəxsiyyəti seçilmişdir.[16] O, uzun müddət müasir Finlandiya dövlətinin qurucusu hesab olunmuşdur.[17][18][19][20][21]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Carl Gustaf Mannerheim // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Carl Gustaf Mannerheim // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118881574 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  6. Find a Grave (ing.). 1996.
  7. Klinge, Matti. "Mannerheim, Gustaf (1867–1951)". National Biography of Finland. 3 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2017.
  8. "Archived copy". 30 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 August 2007.
  9. "Wayback Machine". 30 September 2007.[ölü keçid]
  10. "Mannerheimin suku onkin lähtöisin Saksasta". 2012-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
  11. 1 2 Virkkunen, Sakari. Mannerheimin kääntöpuoli. Helsingissä: Otava. 1992.
  12. Screen, J. E. O. Mannerheim : the Finnish years. London: Hurst & Co. 2000. səh. 9.
  13. Putensen, Dörte. "Der größte Finne aller Zeiten?". Damals (German). No. 5. 2017. 72–76.
  14. Mannerheim 1954, p. 456.
  15. "Historique". Centre hospitalier universitaire vaudois. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.
  16. Suuret suomalaiset Arxivləşdirilib 2010-08-16 at the Wayback Machine at YLE.fi
  17. Robert Edwards, White Death: Russia's War on Finland, 1939–40 , Phoenix, an Imprint of The Orion Publishing Group Ltd, (2007), p. 21
  18. Oliver Warner, Marshal Mannerheim and the Finns , Weidenfeld & Nicolson, (1967), pp.154 et seq.
  19. Binder, David. "Finland's Heritage on parade". The New York Times. 16 October 1983. 3 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2013.
  20. "Field Marshal Mannerheim, THE FATHER OF FINLAND". 15 November 1945. 24 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2013.
  21. "Finland Country Profile – Timeline". BBC News. 25 September 2012. 21 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2013.