Karl Qustav Yunq | |
---|---|
alm. Carl Gustav Jung | |
Doğum adı | Carl Gustav Jung |
Doğum tarixi | 26 iyul 1875[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyun 1961[3][1][…] (85 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | insult[5] |
Elm sahələri | psixiatriya, psixologiya, analitik psixologiya, Psixoterapiya, antropologiya, əlkimya, Yoru[d], incəsənət, fəlsəfə |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Karl Qustav Yunq (26 iyul 1875[1][2][…], Kesvil[d], Turgau[d], İsveçrə[3][2] – 6 iyun 1961[3][1][…], Küsnaxt[d], Sürix kantonu, İsveçrə[3][2]) — İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi, dərin psixologiyanın banisi.
Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən tanınmış və bir o qədər də dəyərli elm adamlarından biridir. 26 iyun 1875-ci ildə İsveçrənin Konstans gölü yaxınlığında yerləşən kiçik bir qəsəbə olan Kessvilldə anadan olmuşdur. Atası protestant bir rahib olan Yunqun kiçik yaşlarda özünə qapalı bir uşaq olduğu, xəyallarla dolu bir uşaqlıq keçirdiyi söylənilir.
Ailə keçmişində çoxlu sayda sayda din adamı olan Yunq əvvəlcə din adamı olmağa qərar versə də, sonra Bazel ve Zurix universitetlərinə girdi. 1902-ci ildə universiteti qurtarıb həkim oldu. Bu vaxtı şüuraltı komplekslərə xitab edən sözlü çağrışım testi ilə bir anda tibb dünyasının marağına səbəb oldu. Çağrışım testinə görə terapevt daha öncə hazırladığı bir siyahıdan sözləri oxuyur və xəstədən sözləri eşitdiyi zaman ağlına gələn ilk şeyi söyləməsini istəyirdi. Bu sözlərdən xəstə üçün əhəmiyətli olan önəm daşıyanları şüuraltı kompleksləri hərəkətə gətirərək şüur axımında durğunluq yaradır və saniyəölçən ilə ölçülən çağrışım vaxtı artır.
Yunq 1907-ci ildə Vyanaya gedərək Freydlə ilk dəfə görüşmə fürsəti tapdı. Həyəcanla bir-birlərinə fikirlərini dedikləri aralıqsız 12 saat davam edən bu görüşmədən sonra dostluqları və yaxınlıqları artaraq davam etdi. Yunq Freydi bir ata kimi, Freyd də Yunqu bir oğul kimi sevməyə başladı.
Freyd öz əsəri olan psixoanalizi gələcək nəsillərə çatdırmaq üçün özünün varisi kimi gördüyü Yunqa əmanət etməyə hazırlaşırdı. 1909-cu ildə psixoanalizi tanıtmaq üçün dəvət edildikləri Amerikaya getdilər. Bu vaxt bir-birlərinin düşüncələrini analiz edib, bəzi məsələləri müzakirə edərək bütün vaxtlarını bərabər keçirirdilər. Müəyyən vaxtdan sonra aralarında fikir ayrılıqları yaranmağa başladı. 1912-ci ildə Yunq "Şüuraltının psixologiyası" kitabını çap etdirdikdən sonra Freydlə münasibəti sona çatdı. Çünki Yunq Freydin libidonun sadəcə cinsi meyldən gələn bir enerji olaraq dəyərləndirildiyi teorisini dar görüşlü və insana aid bütün gerçəkliyi və zənginliyi əks etdirməkdən uzaq olan bir fikir kimi dəyərləndirdi.
1911 və 1914-cü illər arasında Beynəlxalq Psixoanaliz Dərnəyinin sədrliyindən istefa verəndən sonra analitik psixoloji nəzəriyələrin əsasını qoydu. 1921-ci ildə çap etdirdiyi "Psixoloji tiplər" adlı əsərində şüurun başlıca 4 əsas fərqli modelini və daxilə dönən xaricə dönən şəklində fərqliləşən davranış modellərinin olduğunu bildirdi. Daha sonrakı illərdə şüuraltının fərdi və kollektiv şüuraltı olaraq 2 növünün olduğunu iddia edirdi. O, şəxsiyyəti kişidə qadın ruhunu əks etdirən anima, qadında isə kişi ruhunu əks etdirən animus kompleksləri şəklində 2 növə ayırdı. Kollektiv şüuraltı arxetiplər adlandırdığı insan irqinin varolduğu dövr ərzində yaşadığı təcrübələrin bir varisi olaraq doğuşdan əmələ gələn enerji ilə yüklü obyektlərdən ibarət idi.
Yunq 1913-cü ildən sonra insan davranışını araşdırmaq, yerli mədəniyyətləri öyrənmək məqsədilə sırayla Şimali Afrika, Arizona, Nyu Meksiko, Keniyaya getdi. Ömrünün qalan qismini şüuraltının mexanizminin fenomenlərini araşdırıb yazaraq, konfranslar verərək keçirdi.
1961-ci ildə 86 yaşında ikən vəfat etdi. Yunqun olduqca çox danışan, fərqli mövzularda dərin bilgi sahibi, yumoristik, səmimi bir insan olduğu söylənilir. 80 yaşınadək idmanla da məşğul olduğu söylənilir.
"Şərq təfəkkürü ilə Qərb təfəkkürünün fərqi" məqaləsi Karl Qusrav Yunqun "Böyük qurtuluşun Tibet kitabı"na psixoloji şərhlər" əsərinin birinci hissəsini təşkil edir. Əsər 1939-cu ildə yazılmış və ilk dəfə 1954-cü ildə çap edilmişdir.