Karl Yaspers | |
---|---|
alm. Karl Theodor Jaspers | |
Doğum tarixi | 23 fevral 1883[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 fevral 1969[1][3][…] (86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | filosof, psixiatr, həkim, ilahiyyatçı, universitet müəllimi[d], yazıçı, psixoloq |
Elmi dərəcəsi | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Karl Yaspers (Tam adı: alm. Karl Theodor Jaspers; 23 fevral 1883[1][2][…], Oldenburq, Almaniya imperiyası[3] – 26 fevral 1969[1][3][…], Bazel[4][5][…]) — Almaniyanın və dünyanın ən görkəmli filosoflarından biri.
Karl Yaspers 23 fevral 1883-cü ildə, Oldenberq-də anadan olmuşdur. 1907-ci ildəHeydelberq universitetinin hüquq fakültəsinə daxil olmuş, lakin bir qədər oxuduqdan sonra tibb fakültəsinə keçmiş və 1908-ci ildə oranı bitirmişdir. Həkim-psixiatr ixtisasına yiyələnmiş, 1913-cü ildə "Ümumi psixopatologiya", 1919-cu ildə "Dünyagörüşlər psixologiyası" kitablarını yazıb dərc etdirmiş, tək həkim kimi deyil, psixoloq və filosof kimi də tanınmışdır. 1931–32-ci illərdə uzun müddət üzərində işlədiyi irihəcmli "Fəlsəfə" əsəri dərc olunmuşdur. İkinci dünya savaşından sonra bir çox fəlsəfi kitabları işıq üzü görmüş, müəllifinə böyük şöhrət gətirmişdir.
Karl Yaspers 26 fevral 1969-cu ildə Bazel-də vəfat etmişdir.
Karl Yaspers həkim və psixoloq olaraq xəstə insanların psixoloji durumunu yaxından müşahidə etmiş, ölüm və həyat arasında olan insanların fəlsəfi yaşantılarını anlamağa çalışmışdır. Ölüm ayağında olan insan nə kimi duyğuları yaşayır? Dünyanı, həyatı, insanları necə hiss edir? Həyatın mənasını nədə görür? Yaspersin məhz bu dərin müşahidələri onu Almaniyanın çoxsaylı həkimləri sırasından ayırmış və dünyanın ən görkəmli filosoflarından biri etmişdi.
Yaspersin tarixin mənbələri, dövrün mənəvi durumu və fəlsəfi inama həsr olunmuş "Tarixin mənası və təyinatı" adlı məşhur əsəri 2008-ci ildə azərbaycan dilində işıq üzü gördü.