Karla Olivares Sousa | |
---|---|
isp. Karla Olivares Souza | |
Doğum tarixi | 11 dekabr 1985 (39 yaş) |
Doğum yeri | |
Uşağı | 3 |
Təhsili | |
Fəaliyyəti | kino aktrisası, televiziya aktrisası, teatr aktrisası, model[d] |
Fəaliyyət illəri | 2008-ci ildən |
karlasouza.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Karla Olivares Sousa (isp. Karla Olivares Souza, 11 dekabr 1985, Mexiko) — meksikalı aktrisa, müğənni və modeldir. ABC-nin "How to Get Away with Murder" (Cinayətdən necə yayınmaq olar?) serialında Lorel Kastillo/Kastiyo (isp. Laurel Castillo) rolunda çəkilərək, məşhurlaşıb.
Karla Sousa Mexiko şəhərində anadan olub. Atası Çilidən, anası isə Meksikadandır. 1993-cü ildə 7 yaşlı Karla "Aspen Extreme" filmində çakilmək üçün dəvət alır. Elə bu filmdən başlayaraq Karlanın sənətə marağı başlayır. Nəticədə valideynləri qızının təhsilini fikirləşərək onu Fransaya və İngilitərəyə göndərirlər. İngiltərədə Kral Mərkəzi Nitq və Dram Məktəbində (Royal Central School of Speech and Drama) təhsil alıb. Rusiyada ən yaxşı aktyor məktəblərindən biri olan Moskva şəhərində yerləşən Moskva İncəsənət Teatrı şirkətinə təqaüd aldı.
Sənətini 2009-cu ildə "Sevgi yayı" (Verano De Amor) Meksika serialında çəkilərək başlayır. Sonradan "Şimal qəhrəmanları" (Los Héroes del Norte) və "Klinika" (La Clinica) kimi komediya serialarında (ing. Situation Comedy) çəkilməyə başladı. Daha sonra uğur qazanmış "Biz zadəganlarıq" (Nosotros, los Nobles) və "Təlimatlar daxil deyil" (No se aceptan devoluciones) filmlərində də çəkilib. Sənətini ABŞ-də davam etdirmək üçün, 2014-cü ildə Sousa Los-Anceles-ə köçür. Eyni ildə də Şonda Rayimsin (ing. Shonda Rhimes) "How to Get Away with Murder" ("Cinayətdən necə yayınmaq olar?") serialında əsas qadın rollarının birini alır. Karla ispan, ingilis, fransız dillərində səlis danışır. 2014-cü ildə Sousa Marşal Trenkmana ərə gedir. Cütlüyün 2 uşağı var. Qızının adı Xianadır (aprel 2018), oğlunun adı isə Lukadır (12 iyun 2020).