Karnak (məbəd kompleksi)

Karnak məbəd kompleksi
M17p
t
st
t
Z2
Məbəd kompleksi və müqəddəs gölməçə
Məbəd kompleksi və müqəddəs gölməçə
Məbəd kompleksi və müqəddəs gölməçə
Ölkə Misir
Şəhər İpet-Sut
Koordinatları 25°43′07″ şm. e. 32°39′31″ ş. u.HGYO
Arxitektura stili Qədim Misir
Banisi I SenusretI Nektaneb
Tikilmə tarixi təqribən e.ə. XX əsr
Əziz xatirələr Karnak siyahısı, Böyük Karnak yazısı
Vəziyyəti xarabalıqlar

Karnak məbəd kompleksi və ya sadəcə olaraq Karnak (ərəb. خورنقXurnak sözündən; mənası – "istehkamlı kənd"[1]) — indiki Misirdə, Nil çayının sağ sahilində, qədim Teben şəhərinin mərkəzi meydanının şimal-şərq hissəsində bir qrup məbəd kompleksi.

Karnak Teben padşahlığı bütün Misirə genişləndikdən sonra (XIXII sülalələr) bu ərazi ölkənin mərkəzi ziyarətgahına çevrilmişdir. Teben triadasının tanrıları Amon, MutXonsuya həsr edilmişdir. Tarixin bütün sonrakı dövrlərində burada iz qoyulmuşdur. Hər bir firon öz adını burada əbədiləşdirməyə çalışırdı. Hətta XVI sülalənin nümayəndələri də məbədin şimal iqamətgahında öz izlərini qoymuşdular. Əsas məbədin ziyarətgahının tikintisi III Tutmos tərəfindən tamamlanmışdır. Məbədin şərq yarısının digər hissələrinin tikintisi XVIII sülalənin digər padşahlarının hakimiyyət dövrünə təsadüf edir. Məbədin bir zolaqla ayrılmış qərb yarısı daha yaxşı qorunub saxlanılmışdır. Bu hissə XIX sülalə dövründə ucaldılmış Böyük Hipostil Zalı (5 min m2) və tanrı Bast üçün tikilmiş nəhəng peristil meydançasından (8,160 m2) ibarətdir. Bu həyətdə nisbətən daha kiçik həcmdə olan, divarı həyətin cənub çəpərindən keçən III Ramzes və kompleksin şimal-qərb küncündə II Seti məbədləri var idi. Məbədin bu hissəsinin xarici divarları yazı və təsvirlərlə əhatə olunmuşdur. Həyətin cənub tərəfində I Şeşonkun abidəsi var. Bu abidə onun Revoamın padşahlıq etdiyi Fələstinə uğurlu yürüşünun şərəfinə ucaldılmışdır. Hipostil zalının şimal divarında I Setinin Kənandakı döyüşləri, cənub divarında isə II Ramzesin döyüşləri təsvir edilmişdir və ona görə də "Pentaura poeması" adlanır.[2]

  1. فهد حماد, حسين. موسوعة الآثار التاريخية: حضارات، شعوب، أمم، معالم، مدن، عصور، علوم الآثار، حرف، لغات. Al Manhal. 2003. ISBN 9796500010892. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24. القديمة في عصر الإمبراطورية ويرجح أن أصل كلمة كرنك محرف من الكلمة العربية خورنق، التي أطلقها العرب عند دخولهم مصر على مجموعة المعابد الموجودة بهذه المنطقة [Tərcümə: Çox güman ki, Karnak sözünün mənşəyi ərəblərin Misirə girərkən bu bölgədəki məbədlər qrupuna verdiyi ərəb dilindəki "Xornak" sözündən təhrif edilmişdir.]
  2. Карнак, храм  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]