Kartli çarlığı

Tarixi dövlət
Kartli çarlığı
ქართლის სამეფო
Bayraq Gerb
Bayraq Gerb
 
 
1466 — 1762

Paytaxt Tiflis
Rəsmi dilləri Gürcü dili
Dövlət dini Pravoslav, İslam
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Kartli çarlığı[1] — Şərqi Gürcüstanda dövlət. XV əsrin 2-ci yarısında vahid Gürcüstan çarlığının parçalanması nəticəsində yaranmışdı. Paytaxtı Tiflis idi. Dövlətin iqtisadiyyatı natural təsərrüfata əsaslanırdı. Kartli çarlığı yarımmüstəqil inzibati vahidlərə (satavado) bölünürdü. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində çarlığın iqtisadi və mədəni həyatında yüksəliş baş vermidi. Kartli çarlığı XVI– XVIII əsrlərdə müstəqillik uğrunda Səfəvilər dövlətiOsmanlı İmperiyasına qarşı mübarizə aparmışdır. 1723-cü ildə çarlıq Osmanlı İmperiyası tərəfindən, 1735-ci ildə isə Nadir şahın qoşunları tərəfindən tutmuşdu. Nadir şahın ölümündən sonra yenidən müstəqil olan Kartli, 1762-ci ildə, çar II İraklinin dövründə, Kaxeti çarlığı ilə birləşdi; vahid Kartli-Kaxeti çarlığı yarandı. 1801-ci ildə isə Kartli-Kaxeti çarlığı Rusiya imperiyasının tərkibinə daxil oldu.

Portret Adı Hakimiyyət illəri Əvvəlki çarlarla əlaqəsi
II Konstantin 1484–1505 I Aleksandrın nəvəsi
X David 1505–1525 II Konstantinin oğlu
IX Georgi 1525–1527 X Davidin qardaşı
Luarsab 1527–1556 X Davidin oğlu
I Simon 1556–1569

1578–1599

X Davidin oğlu
XI David 1569–1578 X Davidin oğlu
X Georgi 1599–1606 I Simonun oğlu
II Luarsab 1606–1615 I Simonun oğlu
VII Baqrat 1615–1619 XI Davidin oğlu
II Simon 1619–1630 VII Baqratın oğlu
I Teymuraz 1630–1634 (Kartli Kaxetiya ilə

birgə idarə olundu)

I Rüstəm 1633–1658 XI Davidin oğlu
V Vaxtanq 1658–1675 II Konstantinin kötücəsi
XI Georgi 1675–1688

1703–1709

V Vaxtanqın oğlu
I İrakli 1688–1703 I Teymurazın oğlu
Keyxosrov 1709–1711 XI Georginin qardaşı oğlu
I Yese 1714–1716

1724–1727

Keyxosrovun qardaşı
VI Vaxtanq 1716–1724 Keyxosrov və I Yesenin qardaşı
II Teymuraz 1744–1762 I İraklinin nəvəsi
  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 285.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]