Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Kaspi tipi (Xorasan, Şərq, Xəzər tipi və ya Şərqi-Aralıq dənizi tipi[1]) — Avropoid irqinin növlərindən biri. Daha çox Hind-Aralıq dənizi irqinin, yaxud Hind-İran irqinin[2] yarımtipi hesab edilir.
Kaspi yarımtipi Qafqaz Albaniyasında yayılmış antropoloji tiplərdən biridir. Hal-hazırda Cənubi Qafqazda yaşayan xalqlardan azərbaycanlılar,[3][4][5][6][7] kürdlər,[6][7] tatlar-müsəlmanlar,[7] saxurlar[8] və bəluclar,[7] Şimali Qafqazda isə qumuqlar[9] antropoloji cəhətdən bu yarımtipdədirlər.