Kastiliya krallığı (isp. Reino de Castilla) (lat. Regnum Castellae) — Orta əsrlər dönəmində İberiya yarımadasında yaranan böyük və güclü bir krallıq. Krallığın adı IX əsrdə Leon krallığının şərq sərhəddində yerləşən Kastiliya lordluğundan gəlməkdədir. X əsr boyunca lordluğun bölgədəki nüfuzu artdı və 1065-ci ildə müstəqil krallığa çevrildi. 1072–1157-ci illərdə Leon və Kastiliya krallıqları birləşsə də, sonrakı illərdə davam edən taxt mübarizəsində yenidən ayrıldılar. 1230-cu ildə isə bu iki krallıq əbədiyyətə qədər birləşdi. Ardından yarımadanın cənubuna qədər torpaqlarını genişləndirən krallıq buradakı müsəlman krallıqlarla mübarizəyə başladı.
- Bernard F. Reilly, The Contest of Christian and Muslim Spain, (Blackwell Publishers, 1995), 27.
- Guardiola-Griffiths, Cristina (2010–12-10). Legitimizing the Queen : Propaganda and Ideology in the Reign of Isabel I of Castile. Bucknell University Press.
- O'Callaghan, Joseph (1993). The learned king : the reign of Alfonso X of Castile. Philadelphia : University of Pennsylvania Press.
- Bianchini, Janna (2014). The Queen's Hand : Power and Authority in the Reign of Berenguela of Castile. University of Pennsylvania Press. pp. 209–210.
- ↑ Kastiliya krallığı. 1230.