Katananxe

Katananxe
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu cinsə bir növ daxildir- mavi katananxe (C. coerulea). Bitkinin hündürlüyü 60 sm-dir, iri səbət çiçəkləri (diametri 4 sm-ə qədər) uzun çiçək saplaqlarında tək-tək yerləşir. Çiçəkləri ağ, mavi, yasəmən rəngli ola bilər. Katananxe quraqlığa davamlı bitkidir və quru qumlu torpaqda yaxşı bitir. Katananxenin quru çiçəklərindən dəstələr düzəltməkdə və canlı güllərdən ibarət kompozisiyalarda istifadə edilir. Katananxeni toxumla və kökümsovları ilə çoxaltmaq olar. Gülçülükdə istifadə edilməsi məqsədəuyğundur.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 812.

Katananxe:The Plant List saytında takson barədə məlumat. (ing.)