Kaukasische Post | |
---|---|
Yaranma tarixi | 18 iyun 1906 |
Dil | alman dili |
kaukasische-post.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Kaukasische Post — Qafqazda alman dilində nəşr olunan yeganə qəzet. Kaukasische Post qəzetinin ilk nömrəsi 1906-cı ilin 18 iyun tarixində Tiflis şəhərində Kurt von Kutshenbax tərəfindən nəşr olunmuşdur. Qəzetin sonrakı fəaliyyəti ilə yazıçı və jurnalist olan Artur Leist məşğul olmuşdur. Kaukasische Post qəzeti həftədə bir dəfə olmaqla, bazar günləri Tiflis şəhərində çap edilərək Qafqaz almanlarının yaşadıqları ərazilərə göndərilirdi. Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində yerləşən alman kəndlərində qəzetə böyük tələbat vardı. Belə ki, qəzetdə müntəzəm şəkildə Qafqaz almanlarının həyat və fəaliyyətləri eyni zamanda Almaniyada baş verən hadisələr barədə müntəzəm məlumatlar verilirdi.
Birinci dünya müharibəsinin başlanması səbəbindən qəzetin çapı 1914-cü ildə dayandırılmış, birdə yalnız 1918-ci ildə bərpa edilmişdir. Gürcüstan Demokratik Respublikası və SSRİ-nin hakimiyyəti zamanı qəzetin fəaliyyət göstərməsinə lazımi diqqət və şərait yaradılmamışdır. 1994-cü ilin oktyabr ayında Gürcüstan dövlətinin dəstəyi nəticəsində qəzet uzun fasilədən sonra öz işini bərpa etmişdir. Hal-hazırda aylıq şəkildə nəşr olunan Kaukasische Post qəzeti Qafqaz bölgəsində nəşr olunan yeganə alman dilli qəzetdir.