Kazım Ayvaz

Kazım Ayvaz
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 10 mart 1938(1938-03-10)
Doğum yeri
Vəfat tarixi 18 yanvar 2020(2020-01-18)[1][2] (81 yaşında)
Vəfat yeri
Boyu 173 sm[4]
Çəkisi 70 kq[4]
İdman növü idman güləşi[d]
Medallar

Kazım Ayvaz (türk. Kazım Ayvaz; 10 mart 1938, Rizə18 yanvar 2020[1][2], İsveç[1]) — Türkiyə güləşçisi (yunan-roma güləşi), Olimpiya çempionu, iki qat dünya çempionu[5].

Rizə yaxınlığındakı Çataldere kəndində anadan olub.

1953-cü ildə İstanbulda güləşlə məşğul olmağa başladı. 1957-ci ildə Adriatik Kubokunda "bürünc" qazanaraq beynəlxalq aləmdə ilk debütünü etdi. 1958-ci ildə dünya çempionu adını qazandı. 1959-cu ildə Balkanlar çempionatda "qızıl" qazandı, 1960-cı ildə isə ikinci oldu.

1960-cı ildə Romada keçirilən Yay Olimpiya Oyunlarında 79 kiloqram çəki dərəcəsində (orta çəki) mübarizə aparırdı. İlkin olaraq yarışda 24 nəfər güləşçi mübarizə aparırdı. Dördüncü turdan sonra Kazım Ayvaz digər iki iştirakçı ilə birinci yeri bölüşdürürdü. Beşinci turdan sonra mübarizəni heç-heçə ilə başa vurdu, ikinci olmaqla qızıl medal şansını saxlayırdı. Ancaq altıncı turda Kazım final mübarizəsində gələcək çempion Dimitar Dobrevə məğlub oldu və üçüncü yer uğrunda mübarizədə rumıniyalı Jon Çernyaya məğlub oldu və mükafatçılardan aşağıda qalaraq dördüncü yerlə kifayətləndi.

1962-ci ildə dünya çempionatında 70 kq çəki dərəcəsində qalib oldu. Ancaq 1963-cü ildə keçirilən dünya çempionatında yalnız on yeddinci yerlə kifayətləndi. Məhs bu yarışa qədər avtomobil qəzasına düşmüşdür və tam sağala bilməmişdir. Mülaicəsi İsveçdə olmuş və orda gələcək həyat yoldaşı ilə tanış olmuşdur.

1964-cü ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında 70 kiloqram çəki dərəcəsində mübarizə apardı. Turnirin reqlamenti əvvəlki kimi qalırdı. İlkin olaraq 19 nəfər güləşçi mübarizə aparırdı. Final döyüşlərindən əvvəl, beşinci turda, Olimpiya Oyunlarının çempionu olmaq üçün Kazım Ayvaza Valeriu Bularca ilə mübarizəni heç-heçə ilə bitirmək lazım idi və Ayvaz bunu başardı.

Olimpiadadan sonra karyerasını bitirərək İsveçə mühacirət etdi və 1963-cü ildə tanış olduğu bir isveçli ilə evləndi. Sonralar məşqçi olaraq çalışdı. 2013-cü ildən Helsinqborqda yaşayırdı.[6]

2020-ci ili yanvar ayında dünyasını dəyişdi.[7]

  1. 1 2 3 4 https://www.aa.com.tr/en/sports/former-olympic-champ-turkish-wrestler-kazim-ayvaz-dies-/1708573.
  2. 1 2 https://unitedworldwrestling.org/article/turkish-wrestling-great-kazim-ayvaz-passes-away.
  3. 1 2 Sports-Reference.com (ing.).
  4. 1 2 https://www.olympedia.org/athletes/60286.
  5. Database Arxiv surəti 9 oktyabr 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-10-09 at the Wayback Machine
  6. Kazım Ayvaz’dan selâm var!* — Açık Gazete Arxiv surəti 2 dekabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-12-02 at the Wayback Machine
  7. "Former Olympic and World champion dies". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.