Kazimej Aydukeviç | |
---|---|
pol. Kazimierz Ajdukiewicz | |
Doğum tarixi | 12 dekabr 1890[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 aprel 1963[1][2][…] (73 yaşında) |
Vəfat yeri | |
Əsas maraqları | məntiq[4][5], ontologiya[4], analitik fəlsəfə[4] |
Vikianbarda əlaqəli mediafayllar |
Kazimej Aydukeviç (pol. Kazimierz Ajdukiewicz; 12 dekabr 1890[1][2][…], Ternopıl, Sisleytaniya[3] – 12 aprel 1963[1][2][…], Varşava[3]) — Polşa məntiqçisi və filosofu. O, məntiq üzrə Lvov-Varşava məktəbinə mənsubdur. Aydukeviç dilin semantik nəzəriyyəsini işləyib hazırlamışdır. Onun əsas iş sahəsi məntiqin fəlsəfi şərhidir.
Kazimej Aydukeviç 12 dekabr 1890-cı ildə, o zaman Avstriya-Macarıstan ərazisində olan Ternopol şəhərində dövlət xadimi Bronislav Aydukeviç və Maqdalena Qartnerin ailəsində anadan olmuşdur. O, Krakovda ibtidai məktəbi və Lvovda gimnaziyanı bitirmişdir. Aydukeviç 1908-ci ildə Lvov Universitetinə daxil olmuş və burada fəlsəfə, məntiq, riyaziyyat üzrə təhsil almışdır. O, 1912-ci ildə Tvardovskinin rəhbərliyi ilə yazdığı "Kantın fəzanın apriorizminə görə kosmos anlayışının genezisi ilə bağlı" adlı dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru dərəcəsi almış, təhsilini Göttingen Universitetində davam etdirmişdir.[6][7].
Kazimej Aydukeviç 1922–1925-ci illərdə Lvov Universitetində dosent olmuşdur. O, 1925–1939-cu illərdə Varşava və Lvov universitetlərində professor kimi çalışmışdır.[8]