Keçəvari pavlovniya

Keçəvari pavlovniya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Keçəvari pavlovniya (lat. Paulownia tomentosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinin pavlovniya cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Çində geniş yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10–18 m, çətirinin diametri 7–10 m olan, şaxələnmiş budaqlı və enli, sıx çətirli, düz silindrik gövdəli, yarpağı tökülən ağacdır. Yarpaqları üzbəüz düzülüşlü, iri, uzunluğu 30 sm-ə qədər, uzunsaplaqlı, bütöv kənarlı, bəzən üç hissəli və ya dərin dişlidir. İri çiçəkləri zəngvari, bənövşəyi rənglidir, süpürgəvari hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi çoxsaylı, xırda, qanadlı toxumları olan qutucuqdur. Kök zoğları və toxumlarla çoxaldılır.

İşıqsevəndir. Zəngin, məhsuldar, drenajlı torpaqlara tələbkardır. Quraqlığa və çox nəmişliyə dözmür. Qışa davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Nəbatət bağında və Dendrologiya İnstitutunda becərilir.

Mədəni şəraitdə park və bağlarda becərilir. Bol, mavi-bənövşəyi çiçəkləri, iriyarpaqları bitkiyə dekorativ görünüş verir.