Kekrops | |
---|---|
Cinsi | kişi[d] |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Kekrops (q.yun. Κέκροψ) — yunan mifologiyasında mədəni qəhrəman.[1] Əfsanəyə görə, Attikanın qurucusu və ilk padşahı, daha az məşhur olan versiyaya görə, Hefestin oğludur.[2]
O, yerdən doğulmuş avtoxton hesab olunurdu və hər iki ayağı əvəzinə iki ilan bədəni ilə təmsil olunurdu. Strabon "Kekrops" adını barbar hesab edirdi.[3]
Versiyaya görə, Kekropsun genezisi Misirə gedib çıxır. Diodor israr edir ki, afinalılar Kekrops[4] başda olmaqla Misirin Sais şəhərindən gəlmiş kolonistlərdir. Diodor kimi Strabon da eyni məlumatı verir.[5]