Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi | |
---|---|
ing. Kelvingrove Art Gallery and Museum | |
Əsası qoyulub | 1901 |
Açılış tarixi | 1901 |
Mövzu | İncəsənət Qalereyası və Muzeyi |
Ölkə | |
Yerləşir | Qlazqo, Böyük Britaniya |
Kolleksiyası | 9 000 ədəd |
Ziyarətçi sayı |
|
Bilet | Pulsuz |
55°52′06″ şm. e. 4°17′26″ q. u.HGYO | |
Muzeyin saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi (ing. Kelvingrove Art Gallery and Museum) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən muzey.
2006-cı ildən "Asılan başlar" muzeyin "Sophie Cave" salonunda sərgilənməkdədir.[2] İnsani duyğuların üzümüzdə meydana gətirdiyi mimikalardan yola çıxılaraq düzəldilmiş başlar tamamilə ağ rəngə boyanaraq tavandan asılmışdır.[3] Dörd fərqli üz ifadəsi ilə asılı olan cəmi 50 ədəd heykəlin olduğu muzey ilk görünüşdə hürküdücü kimi gəlsə də muzeyin ən çox ziyarət edilən hissələrindən biridir.[3]
Muzeyin incəsənət kolleksiyasına çox görkəmli Avropa rəsmləri, o cümlədən Qədim Ustalar, fransız impressionistlər, holland intibah dövrü, şotland koloristləri və Qlazqo Məktəbinin eksponentləri daxildir. Muzeydə Salvador Dalinin "Həvari İohann Məsihin Xaçı" yerləşir.[4]