Kemp-Devid müqaviləsi

Kemp-Devid müqaviləsi
İmzalanma tarixi 1978, 17 sentyabr
İmzalanma yeri Kemp-Devid
Tərəflər Misirİsrail
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kemp-Devid müqaviləsi, Misir prezidenti Ənvər Sadat ilə, İsrail prezidenti Menaxem Begin arasında, 12 gün davam edən gizli danışıqların ardından Kemp-Deviddə 17 sentyabr, 1978-ci ildə imzalanan və ABŞ prezidenti Cimmi Karterin nəzarətində reallaşan bir müqavilədir.[1] Bu müqavilə ilə ilk dəfə bir Ərəb ölkəsi İsraili rəsmən tanımış və ələ keçirdiyi torpaqlar üzərindəki varlığını qanuni olaraq qəbul etmişdir. Müqavilə 6 ay sonra (26 mart, 1979) imzalanacaq sülh müqaviləsinin təməlini təşkil edirdi. Buna görə İsrail hərbi qüvvələrini Sinay yarımadasından çəkəcək və Misir ilə diplomatik əlaqələrini normallaşdıracaqdı. Diplomatik əlaqələr 1980-ci ildə normala döndü. İsrailin ümid etdiyindən az olsa da, ticari əlaqələr oldu. Mart, 1980-ci ildə havayolu ilə nəqliyyat əlaqələri başlandı. Misir İsrailə neft satmağa başladı. Bu müqavilə ilə İsrail tərəfindən Altı gün Müharibəsində ələ keçirilən Sinay yarımadası Misirə geri verildi. Sülh cəhdlərinin nəticəsi olaraq Menaxem BeginƏnvər Sədat, 1978-ci il Nobel Sülh Mükafatını qazandılar.[2]

Menaxem BeginZbiqnev Bjezinski Kemp-Devidşahmat oynarkən.

Müqavilənin şərtləri

[redaktə | mənbəni redaktə et]

ABŞ ilə bağlı olan maddələr

[redaktə | mənbəni redaktə et]
  • ABŞ F-16 qırıcıları daxil olmaqla, İsrailin bütün hərbi ehtiyaclarını qarşılayacaqdı.[4]
  • 1975-ci il müqaviləsi ilə İsrail, Misirə buraxılan Əbu RudeisRas Sudar neftlərindən hər il 4.5 milyon ton neft satın alacaqdı. Bu mövzuda bir yubanma olarsa, yəni Misir nefti satma məsələsində bir narazılıq edərsə, ABŞ İsrailin neft ehtiyacını qarşılamalı idi.
  • Misir bu razılaşmaya uymayacaq olarsa və ya bu maddələrdən hər hansı bir formada yayınarsa, ABŞ edəcəyi tədbirlər mövzusunda İsraillə məsləhətləşəcəydi.
  • ABŞ bundan sonra Misir ilə İsrail arasında ediləcək müqavilənin Son Sülh Razılaşması olması üçün əlindən gələni etməli idi.
  • ABŞ Təhlükəsizlik Şurasında bu müqavilənin əleyhinə olan istənilən layihəni veto etməli idi.
  1. Camp David Accords – Israeli Ministry of Foreign Affairs Archived 3 September 2011 at the Wayback Machine.
  2. Stein, Kenneth. Heroic Diplomacy: Sadat, Kissinger, Carter, Begin, and the Quest for Arab–Israeli Peace. Taylor & Francis, 1999, pp. 228–229
  3. George Lenczowski, American Presidents and the Middle East, Duke University Press, 1990 p.164. ISBN 0-8223-0972-6. From Zbigniew Brzezinski, Power and Principle: Memoirs of the National Security Advisor 1977–1981, (New York: Farrar, Straus and Giroux, 1983), p.88.
  4. Gold, 175