Kergelen platosu — su altı vulkanik plato Hind okeanı və Cənub okeanının bir hissəsini əhatə edir. Dünyanın ən iri su altı platolarından biridir. Avstraliyadan 3 min km cənub-qərbdə yerləşir. Dərinliyi 1-4 min metr arasında dəyişir. Plato Qondvananın ayrılmasından sonra, 120 milyan il öncə vulkanik püskürmələr zamanı formalaşmışdır. Onun formalaşması 25 il[1] davam etmişdir. Geoloji araşdırmalar göstərir ki, plato 40 milyon il ərzində okean sərthindən yuxarıda olmuşdur. Kömür qalıntıları onu deməyə əsas verir ki, Gec təbaşir dönəmində plato meşələrlə örtülü idi[2][3]. Xüxurları Avstraliya və Hindistan plitələrinin suxurları ilə eyni olduğundan onu demək olar ki, onlare nə zamansa bitişik olmuşlar. Hazırda plato okean səthində Kergelen, Herd adası və Makdonald adaları kimi adaları əmələ gətirir. Ən hündür zirvəsi aktiv vulkan olan Biq-Bendir.