Kesthey | |
---|---|
Keszthely | |
46°46′03″ şm. e. 17°14′46″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1247 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +36 83 |
Poçt indeksi | 8360 |
Digər | |
keszthely.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
Kesthey (sloven. Blatenski Kostel; alm. Kesthell) — Balaton gölünün qərb sahilində yerləşən və əhalisinin sayı 20 895 nəfər olan Macarıstan şəhəri. Bu gölün ətrafında yerləşən ən böyük şəhərdir və bölgədəki ən əhəmiyyətli mədəni, təhsil və iqtisadi mərkəzlərindən biridir. Yerləşdiyi əraziyə görə şəhər və onun ətrafındakı ərazilər Macarıstanın turistik bölgələrindən hesab olunur.
Roma dövründən salınmasına baxmayaraq şəhər haqqında ilkin tarixi məlumatlara 1247-ci ildən rast gəlinir. 1421-ci ildən Kesthey ticarət şəhəri kimi formalaşmağa başladı.
Pannoniya Universitetinin Kənd Təsərrüfatı fakültəsi Kesthey şəhərində yerləşir. Macar yazıçısı və Peşt Universitetinin kitabxanaçısı olan Georg Feyer 1766-cı ildə Kesthey şəhərində anadan olmuşdur.
Mərkəzi Avropanın ən böyük göllərindən biri olan Balaton gölünün şimal-qərbində yerləşir. Şəhər şimaldan meşələr və təpələrlə, cənub-şərqdən düzənliklər və göl ilə əhatə olunmuşdur.
Balaton Muzey Assosiasiyası 1898-ci ildə Sandor Lovassinin dəstəyi ilə yaranmışdır.
Kesthey aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: