Kevin Mitnik | |
---|---|
Kevin David Mitnick | |
| |
Doğum tarixi | 6 avqust 1963 |
Vəfat tarixi | 16 iyul 2023[1] (59 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi[3] |
Fəaliyyəti | informatik, haker |
kevinmitnick.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Kevin Mitnik (6 avqust 1963 – 16 iyul 2023[1], Las-Veqas, Nevada və ya Pitsburq, Pensilvaniya[2]) — keçmiş haker, informasiya təhlükəsizliyi üzrə mütəxəssis.
Kevin Mitnik 6 avqust 1963-cü ildə Los-Ancelesdə anadan olmuşdur. İlk kompüter hakerlərindən olub onların ən məşhurudur. 15 fevral 1995-ci ildə FBI tərəfindən tutulmuşdur. Fujitsu, Motorolla, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüterlərinə icazəsiz olaraq girdiyinə görə 5 il həbs cəzası almışdır. Hətta, məhkəmə vaxtı hakimə qəhvə hazırlayan maşını belə proqramlaya biləcəyini söyləyən Mitnick həbsxanada qəhvə hazırlayan maşına yaxınlaşma qadağası almış hüquq tarixinin tək məhkumudur. Belə cəza almağının bir çox səbəbləri var. Həbsə girməsinə səbəb olan hakim və hüquqçuların başlarına oyunlar açmaq kimi. Məsələn, telefon öyrənmə nömrəsini hakimin nömrəsinə yönləndirmiş, başqasının telefonuna bir neçə min dollarlıq danışıq borcu göndərmiş və başqa sevmədiyi birinin telefonunu aylarla bağlatdırmışdı.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |