Keyt Apton | |
---|---|
ing. Kate Upton | |
Doğum adı | Katherine Elizabeth Upton |
Doğum tarixi | 10 iyun 1992[1] (32 yaş) |
Vətəndaşlığı | |
Fəaliyyəti | model[d], aktrisa |
Fəaliyyət illəri | 2009-cu ildən |
IMDb | ID4478322 |
kateupton.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992[1]) — amerikalı model və aktrisa.
Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir.
2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir.
2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.