Keyt Vinslet | |
---|---|
ing. Kate Winslet | |
Doğum adı | Kate Elizabeth Winslet |
Doğum tarixi | 5 oktyabr 1975[1][2][…] (49 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Partnyoru |
|
Atası | Rocer Con Vinslet[d][3] |
Anası | Selli Enn Bridcs[d][3] |
Fəaliyyəti | kino aktrisası, müğənni, səsləndirmə aktrisası[d], televiziya aktrisası, aktrisa, teatr aktrisası, film prodüseri |
Fəaliyyət illəri | 1991-ci ildən |
Təhsili | |
Boyu | 1,7 m |
Mükafatları |
|
IMDb | ID0000701 |
Vikianbarda əlaqəli mediafayllar |
Katerina Elizabet (Keyt) Uinslet (ing. Kate Elizabeth Winslet; 5 oktyabr 1975[1][2][…], Ridinq, Birləşmiş Krallıq[5][6]) — ingilis aktrisası, Oskar, Britaniya Akademiya Film mükafatı, BAFTA, Qremmi mükafatı, Qızıl Qlobus mükafatı laureatı.
22 yaşında 2 Oskar mükafatı namizədliyi əldə edə bilmə müvəffəqiyyətini göstərən, ən gənc aktrisa rekordunu qıran Uinslet, Oskar mükafatlarına üç, dörd, beş və altı dəfə namizəd göstərilən ən gənc aktrisa olmağı da bacarmışdır. Karyerası boyu müxtəlif rollarda tamaşaçı qarşısına çıxsa da, Titanik filmindəki Rose De Witt Bukater rolu aktrisanı daha çox insan kütləsinə tanıtmışdır. 2011-ci ildə Mildred Pirs mini-serialında iştirak etmişdir.
Keyt Uinslet 5 oktyabr 1975-ci ildə İngiltərədə dünyaya göz açmışdır. 11 yaşında olarkən İngiltərədə bir teatr məktəbində dram dərsi alan Uinsletin atası Rocer Uinslet və anası Seli Uinslet də aktyorluq sənəti ilə məşğul idilər. Keyt Uinslet ilk dəfə televiziyada 11 yaşında reklam çarxlarının birində görünüb.
Səhnə Sənətlərı Məzunu Keyt, ilk ailə həyatını Haydius Kinki adlı filmdə tanışdığı rejissor köməkçisi Cim Sreapleton ilə qurmuş və Miya adını qoyduqları bir qızları olmuşdur. 2001-ci ildə həyat yoldaşı Cim ilə ayrıldıqdan sonra Sem Mendes ilə evlənərək, Coe adında bir oğlan uşağı dünyaya gətirmişdir.
Aktyorluğa ilk addımını 11 yaşında, bir TV reklamıyla atan Uinslet, daha sonra 1990-cı illərin əvvəllərində müxtəlif TV seriallarında aktyorluq təcrübəsini artırmağa davam etdirmişdir. Ən yaxşı kinolarda yer alan Uinslet günümüzə qədər yaradıcılığını davam etdirməkdədir. 1994-cü ildə ağ pərdədə Piter Cekson un "Səmavi canlılar" filmi ilə məşhurluq qazanmışdır. 1995-ci ildə rol aldığı "Hiss və Həssaslıq" filmindəki performansına görə "Akademiya mükafatın" namizəd olmuş və izləyici kütləsi daha da artmışdır. Keyt Uinsletə dünya miqyaslı məşhurluq gətirən rolu isə " Titanik " filmindəki Roza obrazı oldu. Bu film Uinsletin yaradıcılığının ən müvəffəqiyyətli işi hesab olunur. "Titanik" filmindən sonra aktrisa daha çox müstəqil və az büdcəli filmlərdə çıxış etməyə başladı. Hətta 1998–99-cu illərdə "Anna və Kral", "Aşiq Şekspir" kimi filmlərin baş rol təkliflərini də rədd edən aktrisa eyni il "Müqəddəs duman və qəribə " adlı aşağı büdcəli filmlərdə rol aldı. Keyt Uinslet daha çox tarixi filmlərdə canlandırdığı obrazlarla yadda qalmış, 2000-ci illərin əvvəllərində Quills, Eniqma və Ayriş Murdok obrazı ilə 3-cü dəfə Akademiya mükafatına namizəd olmuşdur. 2004-cü ildə Keyt, Conni Depp ilə birgə "Xəyallar ölkəsini tapmaq" adlı filmdə qarşımıza çıxmışdır. Baş rollarını Cim Kerri ilə bölüşdüyü "Ləkəsiz ağlın sonsuz günəşi" filmindəki performansı ilə aktrisa 4-cü dəfə Oskara namizəd göstərildi. 2008-ci il istehsalı "Oxuyucu" filmində canlandırdığı Hanna Şmitz rolu ilə "Ən Yaxşı Köməkçi Qadın Aktrisa", İnqilabi yol filmindəki Epril Viler rolu ilə "Ən Yaxşı Qadın Aktrisa" Qızıl Kürə mükafatlarını almışdır. Nəhayət "Oxuyucu" filmindəki Hanna Şmitz obrazı ilə "Ən Yaxşı Qadın Aktrisa" kateqoriyasında Oskar mükafatına layiq görülmüşdür.
Ümumilikdə 37 mükafatı və 58 mükafat namizədliyi var.
İl | Filmin adı | Filmin orijinal adı | Rol |
---|---|---|---|
1991 | Qara Fəsillər | Dark Seasons | Reet |
1992 | Qaytar | Get Back | Eleanor Sweet |
1994 | Səmavi Canlılar | Heavenly creatures | Juliet Hulme |
1995 | Kral Arturun məhkəməsində bir uşaq | A Kid in King Arthur's Court | Şahzadə Sara |
Eşq və Həyat | Aşk ve Yaşam | Marianne Dashwood | |
1996 | Jud | Jude | Sue Bridehead |
Hamlet | Hamlet | Ophelia | |
1997 | Titanik | Titanik | Rose DeWitt Bukater |
1998 | Qəribə Kinki | Hideous Kinky | Julia |
1999 | Pərilər | Faeries | Brigid |
Müqəddəs Duman | Holly Smoke | Ruth Barron | |
2000 | Lələklər | Quills | Madeleine 'Maddy' LeClerc |
2001 | Eniqma | Enigma | Hester Wallace |
Christmas Carol: The Movie | Belle | ||
Ayris | Iris | Iris Murdoch | |
2003 | Devid Geylin həyatı | The Life of David Gale | Bitsey Bloom |
2004 | Ləkəsiz ağlın sonsuz günəşi | Eternal sunshine of spotless mind | Clementine Kruczynski |
Xəyallar ölkəsini tapmaq | Finding Neverland | Sylvia Llewelyn Davies | |
2005 | Romantizm və siqaretlər | Romance & Cigarettes | Tula |
2006 | Kralın bütün adamları | All the King's Men | Anne Stanton |
Balaca uşaqlar | Little Children | Sarah Pierce | |
Flushed Away | Rita | ||
Tətil | The Holiday | Iris Simpkins | |
Dərin dəniz | Deep Sea 3D | Səsləndirən | |
2008 | Tülkü və uşaq | The Fox and the Child | Səsləndirən |
Oxuyucu | The Reader | Hanna Schmitz | |
April Wheeler | |||
2010 | Məni sənə gətirən | Which Brings Me to You | Jane |
2010 | Qırğın | Carnage | Nancy Cowan |
2011 | Yoluxma | Contagion | Dr. Erin Mears |
2011 | Mildred Pirs | Mildred Pierce | Mildred Pierce |
2013 | Film 43 | Movie 43 | Beth |
2013 | İşçi bayramı | Labor Day | Adele Wheeler |
2014 | Matilda | Matilda | |
2014 | Fərqli | Divirgent | Jeanine Matthews |
2014 | Kiçik xaos | A Little Chaos | Sabine De Barra |
2015 | Qızıl Delfin əfsanəsi | NAYA: Legend of the Golden Dolphin | Narrator |
2015 | Qaydasız | Insurgent |
Jeanine Matthews |
2015 | Steve Jobs | Steve Jobs | Joanna Hoffman |
2015 | Dərzi | The Dressmaker | Myrtle "Tilly" Dunnage |
2016 | Üçqat 9 | Triple 9 | |
2017 | Aramızdakı dağlar | The Mountain Between Us | Alex Martin |