Kibermüharibə (ing. cyberwarfare) — kompüterlərin, onlayn idarəetmə sistemlərinin və şəbəkələrin savaş arenası və ya müharibə kontekstində istifadə edilməsi və ya hədəflənməsi.[1] Bura kiber-hücumlar, casusluq və sabotaj təhlükəsi ilə əlaqəli hücum və müdafiə əməliyyatları da daxildir. Hal-hazırda dünya ölkələri, o cümlədən, ABŞ, Çin, Rusiya, İsrail, Birləşmiş Krallıq, İran və Şimali Koreya kiber imkanlarını inkişaf etdirir və həm hücum, həm müdafiəçi kiber hücumlarla məşğul olur.[2]