Kim Ki-duk | |
---|---|
Kim Ki-Duk | |
| |
Doğum tarixi | 20 dekabr 1960[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 dekabr 2020[3][4] (59 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19[6] |
Vətəndaşlığı | |
Fəaliyyəti | Rejissor |
Fəaliyyət illəri | 1996-cı ildən |
Mükafatları |
|
IMDb | ID1104118 |
Vikianbarda əlaqəli mediafayllar |
Kim Ki Duk (kor. 김기덕, Konseviç sistemində — Kim Qidok; 20 dekabr 1960[1][2][…], Ponxva[d], Könsan-Pukto[d] – 11 dekabr 2020[3][4], Riqa[5]) — Cənubi Koreya kinorejissoru, Venesiya kinofestivalının "Qızıl şir" mükafatı laureatı ("Pyeta" filminə görə).
Kim Ki Duk 1960-cı il dekabr ayının 20-də Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Ponxva uyezdindəki Sobyonni kəndində anadan olub. Maddi çətinliklər üzündən 9 yaşındaykən məktəbdən ayrılaraq fabriklərdə çalışmağa başlayıb. 20 yaşında hərbi dəniz qüvvələrinə qatılır və 5 il orduda çavuş olaraq xidmət edir.
1990-cı ildə Fransaya köçən Kim Ki Duk burada rəssamlıq edərək öz həyatını keçirir. Və həvəsi olduğu — filmlərə ssenarilər yazır. Bir neçə mükafatlara layiq görülür. 1993-cü ildə Cənubi Koreyaya qayıdan Kim, burada film ssenariləri yazmağa başladı və 1995-ci ildən Korean Film Council'da iki mükafat birdən qazanır.
Kim, 1996`cı ildən kiçik büdcəli Timsah adlı filmiylə ilk kino rejissor kimi fəaliyyətinə başladı. Heç bir Kino təhsili almayan Kim bu filmi ilə Koreyalı film tənqidçilər tərəfindən tənqid atəşinə tutuldu. 2004`cü ildə Samariyalı Qız film ilə Berlin Beynəlxalq Film Festivalı`nda, Boş Ev filmi ilə də Venesiya Kino Festivalı`nda Ən yaxşı rejissor mükafatını aldı. 2011`ci ildə Arirang filmi ilə Kann Film Festivalı`nın Un Certain mükafatları bölümündə ən yaxşı film mükafatını qazandı. Hal-hazırda isə filmsevərlər tərəfindən tanınan Art-Xaus janrını təmsil edən filmlər arasında ən çox izlənilən rejissorlardan biridir.
Yıl | Azərbaycanca Adı | Orijinal Adı | Koreyaca Oxunuşu |
---|---|---|---|
1996 | Timsah | 악어 | Ag-o |
Vəhşi Heyvanlar | 야생동물 보호구역 | Yasaeng dongmul bohoguyeog | |
1998 | Quşyuvası oteli | 파란 대문 | Paran daemun |
2000 | Real Fiction | 실제 상황 | Shilje sanghwang |
Ada | 섬 | Seom | |
2001 | Naməlum Ünvan | 수취인불명 | Suchwiin bulmyeong |
Pis Oğlan | 나쁜 남자 | Nabbeun namja | |
2002 | Sahil Keşikçisi | 해안선 | Haeanseon |
2003 | Yaz, Yay, Payız, Qış... və Yaz | 봄, 여름, 가을, 겨울 그리고 봄 | Bom yeoreum gaeul gyeoul geurigo bom |
2004 | Samariyalı Qız | 사마리아 | Samaria |
Boş Ev | 빈집 | Bin-jip | |
2005 | Yay | 활 | Hwal |
2006 | Zaman | 시간 | Shi gan |
2007 | Nəfəs | 숨 | Soom |
2008 | Röya | 비몽 | Bimong |
2011 | Arirang | 아리랑 | Arirang |
Amin | 아멘 | Amen | |
2012 | Piyeta | 통증 | Pieta |