Kipr pasportu | |
---|---|
Tərəfindən verilib | Kipr |
İlk çıxış tarixi | 29 noyabr 2010 (cari versiya) |
Sənəd növü | Pasport |
Məqsəd | Şəxsiyyət doğrulama və səyahət |
Bitmə müddəti |
Böyüklər üçün 10 il Uşaqlar üçün 5 il |
Xərc |
70€ (böyüklər üçün) 45€ (uşaqlar üçün) |
Vikianbarda əlaqəli mediafayllar |
Kipr pasportu — Kipr Respublikası vətəndaşlarının Kipr adasından kənara çıxması üçün verilən sənəddir. Kipr vətəndaşları Avropa Birliyi ölkələri arasında səyahət edərkən şəxsiyyət vəsiqəsi yerinə istifadə edilə bilər və Avropa İttifaqının və Avropa İqtisadi Zonasının istənilən ölkəsində sərbəst hərəkət və yaşamaq hüququnu təmin edir. Pasportların verilməsi və yenilənməsinə Vətəndaşlıq Qeydiyyatı və İmmiqrasiya Nazirliyi cavabdehdir.
1974-cü ildə Kipr Əməliyyatı ilə əlaqədar davam edən bölünməyə baxmayaraq, Kiprin bütün pasportlarında Kipr Respublikasının rəsmi dilləri olan Yunan və Türk dillərinə əlavə olaraq ingilis mətnləri də var (Kipr Konstitusiyasının 3-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq).). Kiprdə siyasi mübahisə davam etsə də, bütün Kipr pasportlarında ingilis, türk və yunan mətnlərindən istifadə olunur. Eyni zamanda türk və yunan dilləri Kipr Respublikasının rəsmi dilləridir. Kiprin şimal hissəsində yaşayan türklərin Kipr vətəndaşlığı hüququ yoxdur.
2005-ci ildən Kipr türklərinə də kiprli olduqlarını bəyan etdikləri təqdirdə vətəndaşlıq və pasport verilir. Şimali Kiprdə yaşayan türk əsilli türk mühacirlərin Kipr vətəndaşlığı hüququ yoxdur.
Yeni biometrik Kipr pasportlarına 13 dekabr 2010-cu ildən bəri bütün Avropa İttifaqı pasportları ilə birlikdə verilən Avropa İttifaqının bütün rəsmi dilləri daxildir. Pasport sahibinin biometrik məlumatları mikroçipdə saxlanılır. Bu mikroçipdə biometrik foto, barmaq izi və rəqəmsal imza var.
Onların yeni biometrik pasportlarının müxtəlif səhifələrində ilahə Afrodita heykəli (Kipr Muzeyində nümayiş olunur), zeytun budağı, Kipr çöl qoyunlarının təsvirləri, göyərçin şəkilləri və Girnə gəmisinin şəkilləri var.
Kipr vətəndaşları Kanada, Avstraliya və Yeni Zelandiyaya, eləcə də Avropa İttifaqına üzv ölkələrə (28 ölkə) vizasız səyahət edə bilərlər.
" Henley Viza Məhdudiyyətləri İndeksi 2 iyul 2019" hesabatına görə, Kipr Respublikası vətəndaşları sərhəd qapısında vizalı və ya vizasız 172 ölkəyə səyahət edə bilərlər. Bu yolla Kipr vətəndaşları səyahət azadlığına görə dünyada 16-cı yerdədirlər.