Kisutske Nove Mesto

Kisutske Nove Mesto
Kysucké Nové Mesto
Bayraq Gerb
Bayraq Gerb
49°18′ şm. e. 18°47′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1325
İlk məlumat 1254
Sahəsi
  • 26,414 km²
Mərkəzin hündürlüyü 362 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 14.380 nəf. (31 dekabr 2023)
Rəqəmsal identifikatorlar
Telefon kodu +421 41
Poçt indeksi 024 01
Nəqliyyat kodu KM
Digər
kysuckenovemesto.sk
Xəritəni göstər/gizlə
Kisutske Nove Mesto xəritədə
Kisutske Nove Mesto
Kisutske Nove Mesto
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kisutske Nove Mesto (slovak. Kysucké Nové Mesto, alm. Kischützneustadt/Oberneustad‎, mac. Kiszucaújhely) — Slovakiyanın şimali-şərqində şəhər. Əhalisi 16 min nəfərdir. Şəhər Kisutsa çayının sahilində və Kisutse Beskid dağlarının yamaclarında yerləşir.

Kisutske Nove Mesto ilk dəfə olaraq IV Belanın 1244-cü il məktubunda Yesenin adı ilə qeyd olunur. Kral bu əraziləri Monqol-tatar istilasından xilas etdiyi üçün zadəgan nəslindən olan Buqomirə hədiyyə verir. Kisutske azad şəhər hüquqlarını 1325-ci ildə əldə edir. XIX əsrə qədər Kisutske əkinçilik və sənətkarlıqla məşğul olan kiçik bir qəsəbə idi. 1950-ci ildən isə şəhərdə sənayeləşdirmə prosesinə start verildi və qısa bir zamanda şəhər Povaj bölgəsinin mühüm mərkəzlərindən biri oldu.

Şəhərin müxtəlif adları

[redaktə | vikimətni redaktə et]
  • 150 – Asanka – Qədim yunan coğrafiyaşünası Klavdiy Ptolemeyin qeydlərində, qədim qəsəbə "Kəhrəba yolunda" yerləşirdi.
  • 1254 – Jesesin – "Terra" hökmranlığın mərkəzi
  • 1300 – Yesesin
  • 1338 – Jachatin
  • 1325
    • Congesbergh
    • Kongesberg
    • Königsberg
  • 1358 – Civitas Nova – Castrum Novum – kral Lüdovitin yeni şəhəri
  • 1438 – Nowe Mesto
  • 1507 – Kisucza UJhely (Ujvar)
  • 1784 – Horní Nové Město
  • 1873 – Nové Mesto nad Kysucou (torpaq reyestrlərində ilk dəfə adı qeyd olunur)
  • 1907 – Kisuca Ujhely – macar dilində
  • 1920 – Kysucké Nové Mesto

Mədəniyyət və görməli yerlər

[redaktə | vikimətni redaktə et]

Digər mədəni müəssisələr

[redaktə | vikimətni redaktə et]
  • Bələdiyyə mədəni və idman mərkəzi
  • İstirahət mərkəzi
  • „KYSUCA“ kinoteatrı
  • Şəhər kitabxanası (Belanského 9)
  • Kysucká rəsədxanası [1]
  • Şəhər parkı
  • KNM meşə sahəsi
  • Yerli idman klubu

Tanınmış Kisutskelilər

[redaktə | vikimətni redaktə et]
  • Štefan Čelko (* 1773 – † 1837), dilçi və publisist
  • Andrej Majer - Dlhomír Poľský (* 1864 – † 1935), yazıçı
  • Karol Hlučil (* 1891 – † 1973), riyaziyyatçı
  1. "Arxivlənmiş surət". 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-21.